
Türklərin yaratdığı, Görmə qüsurlular üçün ağıllı dəyənək WeWALK, 24 saata 74.000 Azn dəstək topladı
Digər
07.05.2017
Farid Pardashunas
Türkiyənin telekommunikasiya nəhəngi "Turkcell” və "YGA” tərəfindən qurulan və dəstəklənən dəstək toplama platforması Arıkovanı, ağıllı dəyənək WeWALK adlı iddialı bir layihəyə daha ev sahibliyi edir.
WeWALK, görmə qüsurlu insanların həyatlarını asanlaşdırmaq hədəfi ilə hazırlanan ağıllı bir dəyənəkdir. Əngəlsiz Hackhaton tədbirində (1-ci yer) görmə qüsurlu şəxslər üçün ağıllı eynək
hazırlamaq istəyən startupçılar, beyin fırtınası edərək ağıllı bir dəyənək
fikrinə keçid ediblər. Daha sonra YGA-lı mühəndis komandası ilə birlikdə WeWALK-u
həyata keçiriblər. Türkiyənin ən böyük texnologiya firmalarından olan "Vestel”
də məhsulun istehsal prosesində təcrübə və məlumat mübadiləsi ilə gənclərin
layihələrində aktiv olaraq rol alıb.
Bildiyiniz kimi
milyonlarla görmə qüsurlu insan, yerdəki manelərin fərqinə varmaq üçün bir dəyənəyə
ehtiyac duyur. Ağıllı dəyənək WeWALK da illərdir sadə formada istifadə edilən
bu aləti olduqca bacarıqlı bir hala gətirir. WeWALK, yerdəki maneələr ilə
yanaşı, baş/gövdə səviyyəsindəki maneələri (ağac budağı, avtomobil nişanları və
s.) də xəbər verir və bluetooth ilə istifadəçinin mobil telefonunu idarə etməsinə şərait yaradır. Əlavə olaraq bağlı sahələrdə səsli sorğu vasitəsilə istənilən məkana
asanlıqla gedə bilməyi mümkün edir.
Fərqli mobil tətbiqlər
ilə zənginləşdirilə bilən WeWALK, aldığımız məlumatlara görə ilk inteqrasiyanı "Turkcell
Hayal Ortağım” tətbiqi ilə edəcək.
24 Saatda 140 min TL (74.000 AZN) dəstək topladı
İki yüz min TL hədəf
ilə Arıkovanı-nda dəstək toplamağa çalışan WeWALK, Vestel və Turkcell tərəfindən
"matchfunder” olaraq dəstəklənir. Yəni hər bir WeWALK alışında Vestel və Turkcell də 1 ədəd WeWALK alaraq layihəyə dəstək olur. Beləliklə WeWALK-in sadəcə 24 saat içərisində topladığı dəstək 140 min TL-ni keçib. Yazını tərcümə
etdiyimiz mənbə olan Webrazzi yazarı qeyd edir ki, o bu məqaləni yazdığı sırada
artıq bu rəqəm, 163 min TL-yə çatmışdı (mən isə yoxladığımda artıq 170.000-ə
çatmışdı) və sürətlə artmağa davam edirdi.

WeWALK-un gördüyü
bu böyük maraq zənn edirik ki, Türkiyə üçün bir rekord səviyyəsindədir. WeWALK-un texnoloji istehsal və sosial məsuliyyət layihəsi olaraq çox vacib bir startap
olduğunu deyə bilərik. WeWALK layihəsinə dəstək olmaq istəsəniz "Arıkovanı dəstək
səhifə”sinə ziyarət edə bilər və 559 TL (293 Azn)-dən başlayan dəstəklərlə bir WeWALK ala bilərsiniz. Hazırda sənayedə istehsal prosesində olan WeWALK-ın təxminən 2017-ci ilin İyul ayında satışa veriləcəyi gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri

