Misir fironu Tutanxamon-un sərdabəsini müşahidə edən zaman mütəxəssislər gizli otaqlar aşkarlayıblar. Qədim Misir üzrə nazirliyin sözlərinə görə bu tapıntı əsrin tapıntısı hesab edilir. Məhşur Misir fironu Tutanxamon-un sərdabəsi 1922-ci iləı misirşünas Howard Carter və arxeoloq George Carnarvon tərəfindən tapılmışdır. Həmin sərdabədə arxeoloqlar qədim Misirə aid bir çox bəzək əşyaları və içərisində fironun mumiyalaşmış cəsədi olan 110.4 kq ağırlıqlı sarkofaq aşkar etmişdilər. Maraqlısı isə o idi ki, tapılmış sərdabə indiyənə kimi məhv olunmamış yeganə sərdabələrdən biri idi. Sərdabə günümüzə kimi müşahidə olunur. İlk vaxtdan mütəxəssisləri sual altında qoyan fakt ondan ibarət idi ki, Misir fironu üçün niyə bu qədər balaca sərdabə inşa edilib (110 kvadrat metr). Bu sualın iki əsas cavabı ola bilər. Həmin cavablardan biri ondan ibarətdir ki, o vaxt sadəcə olaraq Tutanxamon-un vaxtsız vəfat etməsi (Tutanxamon 19 yaşında vəfat edib) səbəbindən memarların nüfuzlu sərdabə inşa etməyə vaxtları olmayıb. Digər cavab isə ondan ibarətdir ki, sərdabə gizli otaqlardan ibarətdir. Nəzərə alsaq ki, fironu son yola salmaq üçün istifadə olumuş artefaktların çoxu Misir kraliçası Nefertiti-ə aiddir onda belə qənaətə gəlmək olar ki, sərdabə əvvəllər məhz Nefertiti üçün nəzərdə tutulmuşdu. Və yaxud həmin gizli otaqlar Nefertiti-nin sərdabələridir. Bir neçə müddət bundan öncə radiolokasiya ilə edilmiş tapıntı ikinci cavabı təsdiqləyir. Qədim Misir üzrə nazirliyin sözlərinə görə Tutanxamon-un sərdabəsində minimum iki gizli otaq mövcuddur. Həmin otaqlarda metal və orqanik obyektlər var. Güman olunur ki, orda Nefertiti-nin sərdabəsi və ya Tutanxamon-un ailə üzvləri yerləşir. Əlavə cihazlar ilə sərdabənin müşahidəsi bu ayın sonu üçün nəzərdə tutulub.
Şərh yoxdur