Olduqca çətin keçmişi olan 140 simvol limitli populyar mikroblog platforması olan Twitter, 21 Mart tarixində 10. yaşını qeyd etdi.
Uzun zamandır "batacaq, bağlanacaq və ya əvvəlki populyarlığı yoxdur" kimi xəbərlərlə gündəmdə qalan, amma hələ də ayda 320 milyondan çox aktiv istifadəçi sayına sahib olan Twitter, hər vəziyyətdə 10 ildir ki, internet dünyasının nəhəngləri sırasında yer alır və sosial medianın digər nəhəngi Facebook ilə güclü rəqabət içərisindədir.
Bir dönəm Persicope ilə canlı yayım xüsusiyyətini də həyatımıza salan platforma, insanların öz hisslərini 140 simvol ilə ifadə etməsinə şərait yaratdı və xüsusilə "Ərəb Baharı” ilə bir canlı xəbər mərkəzi rolunu oynadı. Gəlir əldə etmə baxımından müəyyən problemlər yaşayan, amma həll olunması ilə də parlaq gələcəyə sahib olan Twitter’ın 10. yaşı üçün hazırlanan xüsusi video da təqdim edib.
Twitter’da atılan ilk tweet’in platformanın qurucusu Jack Dorsey’e aid olduğunu da xatırladaq.
Şərh yoxdur