main-post-cover

    Twitter-də insanlara mənəvi dəstək verən şəxsin hesabı məşhurlaşmaqda davam edir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Twitter-də Mickey McCauley adlı istifadəçinin hesabı, məşhurlaşmaqda davam edir.

    Belə ki, o öz Twitter hesabında, digər istifadəçilərdən öz həyatlarına qarşı olan şikayətlərini yazmalarını xahiş edib. Öz növbəsində isə o, şikayət edən istifadəçilərə təsəlli verəcəkdi. "Bizim lənətə gəlmiş dünyamızda böyük olmayan hadisələrə olan şikayətlər, kiçik və eqoistik görünə bilər. Lakin burda yox dostum. Mənə öz kiçik problemlərindən danış” – deyə Mickey, tweet yazmışdı. 4 gün ərzində 1.8 min bəyənmə və 490 paylaşım qazanmış həmin tweet, bir sıra istifadəçilərin diqqətini cəlb edib. Nəticədə istifadəçilər öz problemləri və uğursuzluqları barədə Mickey-ə danışıblar. Bir çoxları kiçik hadisələr və yöndəmsiz vəziyyətlər barəsində yazıblar. "Mənim pişiklərim mənə və evimə hörmət etmirlər” – deyə istifadəçilərdən biri qeyd etmişdi. Digərləri isə rastlaşdıqları daha vacib sosioloji problemlər haqqında yazmışdılar. "Rahat paltar geyinəndə yumru qarnımın görünmədiyindən, ictimai nəqliyyatda mənə yer vermirlər” – deyə hamilə qadın istifadəçi qeyd etmişdi. Öz tweetindən 3 gün sonra Mickey, etiraf edib ki, o, bütün tweetlərə cavab verməkdə fiziki olaraq çətinliklər çəkir və hamıdan üzr istəyir. "Dostlar, mən sizin tweetlərinizdən 49 saat geri qalıram. Lakin mən hər bir insana cavab verməyə çalışıram. Gözlədiyiniz üçün üzrlü sayın. Bu çox dəlisov ideyadır” – deyə Mickey bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər