main-post-cover

    Twitter-dəki boşluğu bildirib, Silikon Vadisinə dəvət aldılar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl iki Türkiyə vətəndaşı Twitter-də olan çox ciddi boşluqları tapıb və şirkətə bu haqda məlumat veriblər. Bundan qısa zaman sonra isə şirkət həmin gəncləri Silikon Vadisinə çağırıb. Batuhan və Cihan adlı gənclər Tətbiq mühəndisliyi üzrə təhsil alırlar və apardıqları araşdırmalarda Twitter-də olan boşluqları araşdırarkən çox ciddi problemlərin olduğunu ortaya çıxarıblar. Beləki, gənclərdən birinin sözlərinə görə, Twitter-də hər hansı abonəsi olduğunuz şəxsin paylaşdığı tvitdən istifadə edərək onun bank hesablarını, şəxsi yazışmalarını çox asanlıqla ələ keçirmək olurmuş. Hətta şəbəkədəki populyarlıq haqda statistikaya da çox asanlaqla müdaxilə edilirmiş. Üçüncü bir problem isə boşluqdan istifadə edib, başqasının adından tvit paylaşmaq mümkünmüş. Təbii ki, bu boşluqlar gələcəkdə çox ciddi problemlərə yol açacaqdı. Bunu nəzərə alan "Twitter" şirkəti problemləri aradan qaldırıb və hər iki gənci Silikon Vadisinə dəvət edib. Şirkət bu yaxınlarda yeni funksiyasını da təqdim edib. Yeni funksiya istifadəçilərin, izləmədikləri və tanınmayan insanlardan gələn mesajların əngəlləyə bilməsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər