main-post-cover

    Twitter-ə canlı yayım funksiyası gəldi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Twitter” şirkəti özünün Twitter və Periscope servisləri arasındakı sərhədi pozmağı qərara aldı.

    Qeyd etmək lazımdır ki, birinci servis qısa ismarıcların yayımlanması üçündürsə, ikinci servis mobil tətbiq vasitəsilə canlı yayım etmək üçündür. Əvvəllər bu iki servis bir-birindən ayrı idi və Periscope-dan olan canlı yayımları Twitter səhifəsindən izləmək olurdu. İndi isə artıq Twitter üzərindən canlı yayım etmək mümkün olacaq. Periscope-a daxil olmaq əvəzinə artıq siz, yeni tweet yazmaq bölməsinə yönlənərək foto/video hissəsindəki canlı yayım düyməsinə klikləyərək videoyayım edə bilərsiniz. Baxmayaraq ki, artıq Twitter-də həm video izləmək həmdə canlı yayım etmək olar, şirkət hələki Periscope-u bağlamaq niyyətində deyil.
    Linki kopyala