Twitter-ə yeni xüsusiyyətlər gələcək

08.05.2017 0 PAYLAŞIM 5126 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın ən böyük mikro bloging saytlarından olan Twitter üçün çox vacib bir yenilik gələ bilər.

Twitter dünyanın ən çox istifadə olunan mikro bloging saytlarından biridir. Hər gün bu şəbəkə vasitəsilə milyonlarca paylaşım edilir. Ancaq Twitter sistemində postlarla bağlı mənfi bir hal mövcuddur. Belə ki, əgər atılan postlar xətalı yazılıbsa düzəltmək olmur. Buna görə də istifadəçi səhvə yol veribsə onu silib yenidən yazmalıdır.

Twitter bir çox sosial media vasitələri ilə müqayisədə bu baxımdan geridə qalıb. Məsələn, FacebookInstagram kimi sosial media vasitələri bu mövzuda daha sərfəli hesab olunur.

Bu problem istifadəçiləri artıq uzun müddətdir narahat etməkdədir.

 

Bu problem barədə açıqlama verən Twitter CEO-su Jack Dorsey bu mövzunun o qədər də asan həll olmadığını bildirib. Jack bu problemin zamanla həll olunacağını bildirib. Həmçinin Twitter CEO-su bu yeniliyin ilk əvvəl müəyyən istifadəçilər arasında sınaqdan keçiriləcəyini bildirib. Yenilik sınaqdan keçdikdən sonra ümumi istifadəyə veriləcək.

Twitter-də digər bir problemli tərəf isə onun digər sosial media vasitələri ilə inteqrasiya oluna bilməməsidir. Bu problemin də həll olunması sosial media şəbəkəsinin inkişafına stimul verə bilər.