main-post-cover

    Diqqət: "Twitter", ən vacib xüsusiyyətində dəyişiklik edir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Twitter" istifadəçilərinə daha yaxşı bir mühit hazırlamaq üçün əsas xüsusiyyətində dəyişiklik etmək qərarını dəqiqləşdirib. Sentyabr ayının 19-undan etibarən şirkət, platformanın əsas və digər şəbəkələrdən fərqli xüsusiyyətlərindən olan 140 simvol limiti qaydalarını dəyişdirəcək. "Technote.az"ın "TheVerge" mənbəsinə istinadən verdiyi xəbərə əsasən, bundan sonra "Twitter"də tweetlərə əlavə ediləcək media faylları (Şəkillər, GIFlər, Videolar, Sorğular və s.) , sitat gətirilən tweetlər və həmçinin tweet daxilində qeyd edilən istifadəçi adları da simvol limitinə təsir etməyəcək. 
    "Twitter", şəkillərin, videoların və sorğuların əlavə simvol olaraq istifadə edilməyəcəyi xəbərini May ayı üçün elan etmişdi lakin söz verildiyi vaxt üçün bu prosses həyata keçirilmədi. 
    Yenilik ilə birlikdə, artıq tweetlərdə birisini işarələmək üçün @istifadəçiadı yazmağınıza ehtiyac qalmayacaq. 
    "Bu çox vacib bir dəyişiklikdir, çünki ətrafımdakı insanlar belə tweet paylaşarkən 140 simvol onlara bəs etmir. Biz bu limiti aradan qaldırmırıq, sadəcə simvol limitinə təsir edən amilləri uzaqlaşdırırıq. Fikrimcə bu tweetləri daha da maraqlı edəcək" - deyə "Twitter" CEO-su Cek Dorsey, May ayında bildirmişdi.
    Gözləyək və görək, "Twitter"in Sentyabrın 19-u üçün planlaşdırılan bu yeniliyi necə reaksiya görəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər