Sosyal mediya nəhənglərindən olan Twitter, göz əlillərini yaxından maraqlandıran xüsusi bir yenilik edib.
Twitter’ın Android və iOS versiyalarına daxil edilən xüsusiyyət, insanların fotolara "açıqlama" etməsinə əsaslanır. Birbaşa olaraq fotolar üçün 420 simvol limiti qoyan Twitter, beləliklə göz əlillərinin bu açıqlamanı xüsusi yazılımlar ilə oxudaraq foto haqqında məlumat almağa kömək edir. Bununla da, şəkil haqqında ətraflı məlumat almaqla onu beyinlərində təsvir edə biləcəklər.
Belə addımlar təbii ki, Facebook tərəfindən də atılır və yeni xüsusiyyətləri ilə həmin insanlar da cəmiyyətə, sosial aləmə inteqrasiya olurlar.
Şərh yoxdur