main-post-cover

    "Twitter" satışa çıxarıldı. "Google", "Twitter"i alacaqmı?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Tanınan sosial media şəbəkələrindən olan Twitter-in satılacağı haqda məlumatlar hamının diqqətini cəlb edib. Twitter-i almaq istəyən yetərincə şirkət mövcuddur.
    Təəssüf ki, son vaxtlar sosial media şəbəkəsi olan Twitter-in işləri o qədər də ürək açan getmir. Yer alan iddialara görə Twitter artıq satış üçün digər şirkətlərlə görüşlər keçirir.

    Şirkətlər arasında internet nəhəngi "Google" da yer almaqdadır

    Verilən məlumatlarda bu şirkətlər arasında "Google", "Microsoft", "Salesforce" və network texnologiya şirkəti olan "Verizon" da yer almaqdadır. Bundan əlavə başqa şirkətlərin də bu yöndə təklif irəli sürməyi gözlənilir.
    Twitter-in 313 milyon aktiv istifadəçisi olması ona olan marağı daha da artırmaqla bərabər, digər tərəfdən şirkətin hissələrinin 23% yüksəlməsinə şərait yaradır.
    Şirkətin itkisi isə iki vacib işçisini itirməsi oldu. Bunlar arasında TV departamentinin başında yer alan Andrew Adashek xüsusi diqqət çəkir. Şirkətin kim tərəfindən alınması isə diqqət mərkəzindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər