
Twitter terrorizm ilə necə mübarizə aparır?
Digər
07.05.2017
Farid Pardashunas
Son yarım il ərzində "Twitter”, terrorizmin təbliği ilə məşqul olmuş 235.000 istifadəçi hesabını bağlayıb.
2015-ci ilin ortasından hesabları bağlanmış "virtual terrorçular”ın
sayı ümumilikdə 360.000-ə çatıb. "Technote.az”ın "Twitter” rəsmi bloquna
istinadən verdiyi xəbərə əsasən şirkət terrorizmlə mübarizəyə 2015-ci ilin əvvəlində
start verib. "Twitter” bildirib ki, şirkət ekstremist aktlarını qınayır və öz
platformasında zorakılıq, terrorizm təbliğatını aradan qaldırmağın tərəfindədir.
"CNN”in bu ilin fevral ayında verdiyi məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi "Apple”,
"Twitter” və "Facebook” şirkətlərinin rəhbərliyi ilə görüş keçirtmişdi. Bu
görüş çərçivəsində nazirlik sadalanan şirkətlərdən terrorizmin təbliğatı ilə
mübarizədə əməkdaşlıq etməyi istəmişdi.
Linki kopyala
Həftənin xəbərləri

