main-post-cover

    Twitter vasitəsilə şəxsi məlumatları necə əldə edirlər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Siz Twitter-ə gün ərzində ən azı 8 dəfə daxil oldunuz. Hansısa maraqlı şəkil paylaşdınız və dostlarınızla zarafat etdiniz. Bu qədər. Siz hətda peşəkar olmayan xakerə belə lazımi məlumatları verdiniz ki, o sizin iş və ev ünvanınızı aşkar etsin. Massaçusets Texnologiya Universitetinin Internet Policy Research Initiative adlı layihəsi özlərinin belə xəbərsiz olduqları halda sosial şəbəkələrdə nə dərəcədə çox şəxsi məlumatları paylaşdıqlarını insanlara göstərmək üçün nəzərdə tutulub. Sonuncu müşahidə zamanı kompüter və şəbəkələrə aidiyyatı olmayan insanlara yad şəxslərin sonuncu tweet-ləri haqqında məlumatlar verilmişdi. Nəticədə onlar həmin şəxslərin iş və ev ünvanlarını aşkar edirdilər. "Bir çox insanlar düşünürlər ki, adi tweet-lərdən lazımi məlumatları yalnız mürəkkəb kompüter sistemləri əldə edə bilirlər. Hər bir şəxs düşünür ki, şəxsi məlumatları şəbəkədən əldə edə biləcək fərasətli mütəxəssis yoxdur. Əslində isə bu çox sadədir. Tweet ilə yanaşı siz həmdə harada olduğunuzu paylaşırsız. Sizin dəqiq ünvanınızı öyrənmək üçün isə minimum bilik və texniki şərait lazımdır” – deyə müşahidənin iştirakçılarından biri qeyd edib. Tweet-lərin koordinatlarla əlaqəsi Twitter-də deaktiv şəkildə olur. Lakin bir çox istifadəçilər onu aktiv edərək public şəkildə paylaşırlar. Nəticədə özləri də bilmədən öz şəxsi məlumatlarını hamı üçün əlçatan edirlər. Bir gün bəs edir ki, hansısa şəxsin iş və ev ünvanı aşkar olunsun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər