main-post-cover

    Twitter\'ə özəl GİF düyməsi gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son dönəmdə daha çox yaşadığı maddi problemlər ilə gündəmə gələn Twitter, bəzi istifadəçilərdə aktiv edilən GIF düyməsi ilə paylaşımları daha əyləncəli etməyə hazırlaşır. Testlər üçün yeni xüsusiyyətləri səssiz sədasız istifadəyə verən və bir müddət sonra da ləğv edən Twitter, istifadəçilər tərəfindən ən çox bəyənilən "GIF” özəlliyinə daha çox diqqət ayıracaq. Mobil proqramın yeni Tweet yaratma bölməsinə əvvəl yer almayan GIF düyməsini daxil edən sosial media nəhəngi, bu düymə üzərindən insanlara populyar hərəkətli GIF’lər təqdim edir və beləcə 140 simvolluq yazılar daha diqqətçəkici hala gəlir.
    435gdfgd
     
    Özəlliyin GIF mövzusunda işləyən bir şirkət ilə edilən ortaqlıq nəticəsində ortaya çıxdığı təxmin edilir. Bütün istifadəçilərə təqdim olunma vaxtı isə hələlik bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər