Sosial mediyanın nəhənglərindən biri olan Twitter, Android proqramını sözün hər mənasında müasirləşdirib.
Bir neçə həftə əvvəl Twitter`in böyük dizayn dəyişikliyi edib Material görünüşə keçəcəyini demişdik. Artıq bu gün etibarilə bu baş tutdu və hal hazırda bu yeniləmə bütün istifadəçilərə göndərilib. Müasir görünüşə sahib olan şəbəkə, həm də sadə interfeysini qoruyub. Üst yuxarı hissədə "Home", "Notifications" və "Direct Messages" hissəsi yer alır. Ən üst hissədə isə "Search Bar" vardır ki, bununla da axtarış əməliyyatı təmin olunur. Əlinizlə ekranı sağa doğru sürüşdürdükdə isə menyu açılır ki, burada "Profile", "Settings", "Accounts", "Lists" və s. kimi bölmələr yer alıb. Buradan rahatlıqla istədiyiniz əməliyyatı yerinə yetirə bilərsiniz. Bununla yanaşı proqramda bir neçə hesabdan da istifadə edə bilərsiniz.
Şərh yoxdur