main-post-cover

    Uçan avtomobil - TF-X, 2018-ci ildə havaya qalxacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Uçan avtomobillər hələ də həyatımıza girməyib. Ancaq bir az daha səbr etsək göydə uçan avtomobilləri görə bilərik.

    Nə vaxt gələcəklə bağlı bir film olsa ilk istifadə olunan texnika - uçan avtomobillərdir. Texnologiya hər keçən gün inkişaf etsə də, hələ də avtomobilləri qanadlandıra bilməmişik. Yaxşı ki, bu sahədə çalışmağa davam edənlər mövcuddur. 

    Olduqca maraqlı dizayna malik  bir avtomobil hazırlayan Terrafugia, avtomobili havaya qaldırmaq üçün gün sayır.
     
    Uçan avtomobil - TF-X,  2018-ci ildə havaya qalxacaq


    300 at gücünə malik hibrid avtomobil olan TF-X, saatda 320 km/s sürət yığa bilir. Avtomobil tam bak ilə 800 kilometr yol qət edə bilir. Terrafugia TF-X'i cəlbedici edən bir digər səbəb isə avtomobili idarə etmək üçün əlavə sənədə ehtiyac olmamasıdır. Çünki, avtomobil havada olarkən pilota ehtiyacı yoxdur, gedəcəyiniz yeri təyin etdikdən sonra TF-X, özü təklikdə yolu qət edə bilir. Sadecə eniş vaxtı avtomobili idarə etməyiniz lazım olur.
     


    Terrafugianın verdiyi açıqlamaya əsasən TF-X, 2018-ci ildə test uçuşlarına başlayacaq. Bir neçə il davam edəcək olan test uçuşları və yeni düzəlişlərdən sonra TF-X, 2025-ci ildə rəsmi olaraq satışa çıxarılacaq. TF-X'ə sahib olmaq üçün 250.000 dolarınızdan keçməlisiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər