main-post-cover

    Uber 3.5 mlrd dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Şəxsi maşın sahiblərinin mobil proqram vasitəsilə taksist kimi fəaliyyət göstərməsinə şərait yaradan Uber, Səudiyyə Ərəbistanından 3.5 mlrd dollarlıq investisiya aldı.

    Uber’dən gələn açıqlamaya görə, şirkətin 2014-cü ildən fəaliyyət göstərdiyi Səudiyyə Ərəbistanındakı ən böyük fondundan bu məbləğ alınıb. Bunun bir dəfəyə alınmış ən böyük investisiya olduğunu deyən Uber, şirkətin bazar dəyərinin 62,5 milyard dollar olduğunu da vurğuladı.

    Açıqlamada həmçinin fondun prezidenti Yasir Al Rumayyan’ın da Uber’in idarəetmə üzvləri arasında olacağı qeyd olundu.

    Uber hal hazırda Orta Şərqdə 9 ölkənin 15 şəhərində fəaliyyət göstərir. Təxminən 350 mindən çox istifadəçisi və 19 min sürücüsü var.
    Linki kopyala