main-post-cover

    "Uber" Bakıda nəğd ödəniş tətbiq edir.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    Şirkətin rəsmi saytında bu barədə məlumat yerləşdirilib.


    Bugündən etibarən Uber Bakıda nəğd edəmə üsulunu test edəcək. Bakı ilə yanaşı bu üsul Rusiyanın bəzi şəhərlərində də həyata keçirilir. Səbəb kimi isə kifayət qədər kredit kartı istifadəçisinin olmadığı göstərilir. Görünən odur ki, Uber bu addımı ilə "189 Taxi"-nin böyük rəqibinə çevriləcək və bazardan pay qoparmağa çalışacaq. 



    "Bakı, sən istədin, biz dinlədik. Seçim gözəl şeydir və bugündən etibarən sizin əksəriyyətiniz Uberlə etdiyiniz gedişləri nəğd və ya kredit kartı ilə ödəyə biləcək. Bu doğrudur- siz Uber ilə səyahət etməyi artıq gedişinizi nəğd ödəyərək də təcrübə edə bilərsiniz. Əgər nəğd ödəmək istəyirsinizsə sadəcə NƏĞD opsiyasını seçin, gediş edin və səyahətin sonunda ödənişi birbaşa sürücüyə təqdim edin.
    Əgər siz nəğd opsiyasını görmürsünüzsə narahat olmayın. Bu funksiya hazırda test edilir və tədricən bir neçə həftə ərzində hər bir  istifadəçi üçün aktivləşdiriləcək.
    Niyə Bakı
    Bakı Uberin qlobal şəbəkəsində Rusiyanın bəzi şəhərləri ilə eyni tarixdə nəğd ödəmə üsulunun test edildiyi bir neçə şəhərdən sadəcə biridir. Kifayət qədər kredit kartı istifadəçisi mövcud olmasına baxmayaraq, şəhərdə əməliyyatların 90%-in nəğd ödəniş üsulu ilə baş tutduğunu bilmək sizi təəccübləndirə bilər. Bakıdakı Uber istifadəçiləri artıq rahat və təhlükəsiz nəqliyyat vasitəsinə sahibdir, nəğdin aktivlədirilməsi isə daha çox Bakı sakinlərinin bu xidmətdən yararlanmasına kömək edəcək."


    Linki kopyala