

Şirkətin rəsmi saytında bu barədə məlumat yerləşdirilib.

"Bakı, sən istədin, biz dinlədik. Seçim gözəl şeydir və bugündən etibarən sizin əksəriyyətiniz Uberlə etdiyiniz gedişləri nəğd və ya kredit kartı ilə ödəyə biləcək. Bu doğrudur- siz Uber ilə səyahət etməyi artıq gedişinizi nəğd ödəyərək də təcrübə edə bilərsiniz. Əgər nəğd ödəmək istəyirsinizsə sadəcə NƏĞD opsiyasını seçin, gediş edin və səyahətin sonunda ödənişi birbaşa sürücüyə təqdim edin.
Əgər siz nəğd opsiyasını görmürsünüzsə narahat olmayın. Bu funksiya hazırda test edilir və tədricən bir neçə həftə ərzində hər bir istifadəçi üçün aktivləşdiriləcək.
Niyə Bakı
Bakı Uberin qlobal şəbəkəsində Rusiyanın bəzi şəhərləri ilə eyni tarixdə nəğd ödəmə üsulunun test edildiyi bir neçə şəhərdən sadəcə biridir. Kifayət qədər kredit kartı istifadəçisi mövcud olmasına baxmayaraq, şəhərdə əməliyyatların 90%-in nəğd ödəniş üsulu ilə baş tutduğunu bilmək sizi təəccübləndirə bilər. Bakıdakı Uber istifadəçiləri artıq rahat və təhlükəsiz nəqliyyat vasitəsinə sahibdir, nəğdin aktivlədirilməsi isə daha çox Bakı sakinlərinin bu xidmətdən yararlanmasına kömək edəcək."
Şərh yoxdur