Yeni uberX gəldi! Taxi bazarında rəqabət güclənir. Uber rəqiblərə meydan oxuyur.

Yeni uberX gəldi! Taxi bazarında rəqabət güclənir. Uber rəqiblərə meydan oxuyur.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2015-ci ilin aprel ayında Azərbaycanda pilot proyekt olan UberBLACK işə salındı və premium xidmət olaraq çox qısa zamanda istifadəçilərin rəğbətini qazandı. Qeyd etmək yerinə düşər ki, Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra bu xidmətin işə başladığı ilk ölkə oldu.

Bir müddət sonra, 2015-ci ilin iyun ayında biz daha əlverişli olan uberX xidmətini işə saldıq və bu xidmət sərfəli qiymətlə rahatlığına və təhlükəsizliyinə önəm verən şəxslərin bir nömrəli seçiminə çevrildi.


Və artıq Uber olaraq Bakıda premium xidmət olan UberBLACK-i yenilənmiş uberX xidməti ilə birləşdirərək istifadəçilərimizə şəhərdə olan ən yüksək keyfiyyətli xidməti ən sərfəli qiymətlərlə təqdim edirik. 

11 noyabr, 2015-ci il tarixindən başlayaraq yenilənmiş uberX xidmətinin dəyəri aşağıdakı tariflə hesablanacaq:

Başlanğıc məbləğ: 1.10AZN
Hər km-ə olan ödəniş: 0.35 AZN
Yola sərf olunan hər dəqiqə: 0.03AZN

Bu tarif ilə aşağıdakı gedişlərə və qiymətlərinə nəzər salaraq dəyişikliyi daha aydın görə bilərik:

 

Əhmədli metrosu – 28 Mall nöqtələri arası səyahət isə 5 – 6 AZN təşkil edir.

pa

 

Bakı Dövlət Universitetindən 8-ci km ərazisinə gediş 7 – 8 manat arası

pb

 

Caspian Plaza – JW Mariott Absheron Hotel səyahəti isə 2-3 AZN arası təşkil edir

pc

 

Uber mobil tətbiqi dünyanın 360-dan çox şəhərində mövcud olan ən rahat və sərfəli üsuldur. İstədiyiniz vaxt mobil telefonun ekranın bir toxunuşla şəxsi avtomobil və sürücü çağırmaq və öncədən səyahət haqqının nə qədər məbləğ təşkil edəcəyini bilməyə imkan verir. Ödəniş tamamilə nəğdsiz şəkildə baş verir və bununla da maksimum şəffaflığa zəmanət təqdim olunur.

Tətbiqdaxili xüsusi özəlliklər səyahətin təhlükəsizliyini artırır. Belə ki, istifadəçi səyahətə başlamadan öncə sürücü haqda ətraflı məlumat alır: sürücünün adı, fotosu, əlaqə vasitələri, sistemdə reytinqi və nəhayət, avtomobilin marka və nömrəsi istifadəçiyə təqdim edilir. Bundan əlavə istifadəçi səyahəti haqda məlumatı və çatma vaxtını dostlarına və ailə üzvlərinə yollaya bilər. Məlumatın paylaşıldığı şəxslər isə öz növbələrində istifadəçinin real zamanlı səyahəti haqda ətraflı məlumat ala bilərlər.

Hər bir səyahətdən sonra istifadəçi səyahət etdiyi sürücünü 5 ballıq dəyərləndirmə şkalası əsasında qiymətləndirir. Effektiv reytinq sistemi bizə ən yaxşı sürücülərlə işləməyimizə və onlar öz platformamıza cəlb etməyə imkan verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×