main-post-cover

    Uber dəyərini artırmaqda davam edir. 50 milyard $

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Son məlumatlara görə Uber bu yaxınlarda 1 milyard dollar dəyərində yatırım əldə edib. Bu investisiya ilə Uberin əldə etdiyi investisiyanın miqdarı 5 milyard dollara çatır. Son investisiya yatıranlar arasında böyük pay sahibi məhz Microsoftdur. The Wall Street Journal-ın xəbərinə əsasən deyə bilərik ki, əgər bu investisiya təstiqini tapsa Uberin dəyəri 51 milyard dollara çatacaq. Gələn son yatırımların mənbəyinə nəzər saldıqda burada Microsoft və Hindistanın böyük media holdinqi olan Bennett Coleman & Co. şirkətini görürük. Facebook-un 7 ildə çatdığı bu dəyərə, Uberin 5 ildə çatması investorları təəccübləndirən məqamdır. 300-dən çox şəhərdə fəaliyyət göstərən Uber, eyni zamanda Azərbaycanda paytaxt Bakıda fəaliyyət göstərməkdədir. Hələki, UberblackUberX xidmətlərini yerli müştərilərə təqdim edən Uber Azərbaycan qısa müddət ərzində sosial aləmdə özündən söz etdirməyi bacarıb və müəyyən mənada müştəri məmnuniyyətini təmin edir.Tez-tez həvəsləndirici marketing addımları atmaqla müştəriləri özünə cəlb edən Uber görünür digər taxi xidməti göstərən şirkətlər tərəfindən heç də xoş qarşılanmır. Fəaliyyət göstərdiyi ölkələrdə daim problemlərlə üzləşən Uber artıq Azərbaycanda da müəyyən kütlə tərəfindən tənqidlərə məruz qalır. Görünür Uber Azərbaycanın fəaliyyəti kimlərinsə maraqlarına uyğun gəlmir. 
    Linki kopyala