main-post-cover

    Uber taksi xidmətinə yeni xüsusiyyətlər əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Uber taksi xidməti yeniləndi. Artıq taksi istifadəsi daha əyləncəli olacaq.

    Bir müddət əvvəl xoşagəlməz hal yaşayan Uber, öz xidmət strukturunu inkişaf etdirmək qərarına gəlib. Keçən ay artıq sosial media vasitəsilə daha irəli gedəcəyi bildirilən Uber, taksi xidmətinə 2 yenilik əlavə etdi. Bu yeniliklər Snapchat filtrləri və şəxsin istiqamətinin təyinidir.

    Bu yeniliklər ətrafınızdakı insanları daha asanlıqla izləməyinizə şərait yaradacaq


    Getmək istədiyiniz yerə yola düşdükdə çalışan filtrləri istifadə etməyə başlasanız, onda tətbiq sizi birbaşa Snapchat-a yönləndirir. Beləliklə, Uber taksisindən istifadə zamanı təqdim olunan xüsusi filtrlərdən istifadə edərək yeni hekayələr qura bilərsiniz. Uber-lə bir yerə getmək istədikdə ünvanı yazmalısınız. Amma tətbiqə əlavə olunan yeni xüsusiyyət sayəsində yanına getmək istədiyiniz şəxs varsa, onda onun ünvanı haqda asanlıqla məlumat alırsınız.
    Bunun üçün Uber ilə telefonunuzda yer alan kontaktları sinxronizə etmək və ana ekranda yer alan "Haraya?” bölümünə, yanına getmək istədiyiniz şəxsin adını yazmaq kifayətdir. Bu halda dostunuz və ya tanışınıza bildiriş gedir və o, öz yerini təstiqləsə, sürücü sizi ora aparır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər