main-post-cover

    Uber Çin bazarından nəyə görə gedir?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Dünyadakı ən məşhur taksi servislərindən birini inkişaf etdirən Uber Technologies şirkəti öz Çin-dəki biznesini böyük yerli rəqib Didi Chuxing-ə satacaq.

    Technote.az-ın "Bloomberg” mənbəsinə istinadən verdiyi xəbərə əsasən bağlanacaq müqavilə iki şirkət arasındakə müharibəyə son qoyacaq. Uber China ilə Didi Chuxing-in birləşməsi 35 milyard dollar dəyərində qiymətləndirilir. Müqaviləyə əsasən Uber China investorları Didi-nin 20% səhmlərinə sahib olacaqlar. Bununla yanaşı Didi Uber-ə 1 milyard dollar investisiya yatıracaq. Bloomberg-in məlumatına əsasən Uber Çin bazarının ələ keçirilməsinə iki dəfə çox vəsait xərcləmişdir. Bundan əlavə olaraq Bloomberg-in əlinə Uber-in CEO-u Travis Kalanick-in güman olunan mətni keçib. Təxmin olunur ki, həmin mətn müqavilənin rəsmi bağlanmasından sonra təqdim olunacaq. "Sahibkar olaraq mən anladım ki, uğura aparan yol təkcə ürəyi deyil həmçinin şüuru da dinləməkdən asılıdır. Mən Uber China ilə Didi Chuxing-in birlikdə daha güclü olacaqlarına şüphə etmirəm” – deyə Travis Karnack-ın mətnində bildirilib. Qeyd edək ki, Didi Chuxing keçən il Didi və Kuaidi şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. Şirkəti yerlı IT şirkətləri (Alibaba, Tencent) ilə yanaşı həmçinin 1 milyard dollar investisiya yatırmaqla Apple da dəstəkləmişdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər