main-post-cover

    Uber-in rəqibi Lyft taksi xidməti rekord qırdı

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Çin-dəki "Didi Chuxing" rəqabətində geri çəkilən Uber-in ABŞ-dakı rəqibi Lyft, iyul ayında təqribən 14 milyon səfərə imza atdı və öz rekordunu qırdı.
    ABŞ-ın tanınmış taksi sifariş xidmətlərindən biri olan Lyft, Didi Chuxing ilə razılaşmasına görə Uber-ə qarşı ikitərəfli mübarizə aparmağa başlamışdı. Keçən ay Uber-ə qarşı uduza biləcəyi bildirilən Lyft, iyul ayında 13.9 milyon səfərə imza ataraq öz rekordunu qırdı. Beləliklə, ola biləcək müştərilərinə dəyərinin biraz da yüksəldiyinə dair siqnal vermiş oldu.
    İnvestorlara göndərilən məlumatlar
    İnvestorlara göndərilən məlumatlara görə Lyft-in aktiv istifadəçi sayı da 3 milyonu keçib. Bu rəqəm fevral ayında 2 milyon olaraq qeyd olunmuşdu. Bir ay əvvəlki gəzintilərin sayı yüzdə 14, səfərlərin sayı isə yüzdə 12 olub. Ticari fəaliyyət sayı keçən il 360 milyon dollar olan Lyft, səfərin tam dəyəri, yəni körpü pulu və bəxşişlər xaric səfər qiymətlərindən toplamda ilk dəfə 2 milyon dollardan çox qazanc əldə edə bilib. Təbii ki, il sonunda vəziyyətin necə olacağı məlum deyil.

    Uber vs. Lyft
    Lyft uğur əldə etsə də Uber-in rəqibi olmaq üçün hələ çox çalışmalıdır. Lyft indi Uber-lə mübarizə apardığı bütün bazarlarda Uber-dən geridədir və Uber iyunda tam olaraq 2 milyon səfəri geridə qoyduğunu bildirib.
     
    Linki kopyala