Uber, İtaliyada qadağan olundu. Səbəb nədədir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Xoşagəlməz hadisələr Uberi izləməkdə davam edir.
Bugün Roma şəhərinin məhkəməsi, yerli taksilərin
qarşılaşdıqları "insafsız rəqabətin” ucbatından Uber servisini qadağan edib.
Beləliklə Uber, İtaliyadakı bütün əməliyyatlarını və reklamlarını 10 gün ərzində
dayandırmalıdır. 10 gün bitəndən sonra əgər Uber öz fəaliyyətini davam etdirərsə,
onda onu hər gün üçün 10.600$ cərimə gözləyir. Uber-in dəyərinin 70 milyard
dollar olmasının fonunda sözügedən cərimənin şirkət üçün heç bir məna kəsb etməyinə
baxmayaraq servis gəlirli olmadı və 2016-cı ildə bir neçə milyard dollar vəsait
itirdi. Uber-in qarşılaşdığı bu cür vəziyyət əslində bir taksi servisi üçün
normaldır. Lakin indiyənə kimi məsələ tamamilə qadağan olunma həddinə
gəlib çatmamışdı. Bundan əvvəl İngiltərə, Fransa və bir çox digər ölkələrin də
taksi sürücüləri, Uber-ə qarşı narazılıqlarını bildirmişdilər. Uber isə öz növbəsində
Roma məhkəməsinin bu qərarından narazı olduğunu və təbii ki, məsələni appelyasiyaya
verəcəyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ