main-post-cover

    Uber taksilərini artıq Uberin tətbiqi olmadan belə sifariş etmək mümkündür (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkəti öz Google Maps servisinə Uber taksilərinin sifarişi funksiyasını əlavə edib.

    Bu funksiyanın əsas özəlliyi isə ondan ibarətdir ki, əgər smartfonunuzda Uber tətbiqi yoxdursa belə siz, Google Maps vasitəsilə Uber taksilərini sifariş edə bilərsiniz. Bunun üçün Uber, LyftGett kimi şirkətlər "Google” ilə tərəfdaşlıq müqaviləsi bağlayıblar. Servisə əlavə olunmuş yeni düymə vasitəsilə istifadəçi, yekun marşrutun qiymətini öyrənə və taksi sifariş edə bilər. Artıq bugündən Google Maps-ın AndroidiOS istifadəçiləri, Uber tətbiqinə daxil olmadan və hətta tətbiqin smartfonda olmadığı halda belə sözügedən servis vasitəsilə taksi sifariş edə bilərlər. Yeni funksiyadan istifadə etmək üçün istifadəçi öz Uber login və şifrəsi ilə Google Maps-a daxil olmalıdır. Bundan sonra istifadəçi gedəcəyi marşrutu təyin etməli və əlini qaldırmış insan təsvirli düyməni klikləməlidir. Bütün təlimat, videoda qeyd olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər