

"Uber" öz fəaliyyət sahəsini genişləndirmək üçün cəlb etdiyi sürücülərə maşın almaqda və kredit götürməkdə yardımçı olacağını bildirib. "Exeter Finance" ilə ortaqlıq etməyə başlayan Uber artıq sürücülərə maşın alması və kredit götürməsi üçün maddi yardım edə biləcək. Belə ki, 50 min insan bu proqramdan yararlana biləcək. Bu haqda məlumatı "Financial Times" verib. Sürücülər aldıqları kreditləri və lizinqləri Uber-lə əməkdaşlıq zamanı qazanılan məbləğdən faiz çıxmaqla ödəyəcəklər. Uber proqramın inkişafı üçün 1 milyard dollar investisiya qoymağı planlayır. 6 il əvvəl qurulmasına baxmayaraq, artıq dünyanın 60 ölkəsində fəaliyyət göstərir. Uber Silikon vadisində 68 milyard dollar alaraq ən bahalı startap layihəsi olmağı bacarıb.

Şərh yoxdur