Uber in prezidenti, şirkətdən gedir

08.05.2017 0 PAYLAŞIM 5097 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Uber”in prezidenti Jeff Jones, şirkətdən getməyi qərara alıb.

O bu qərarı, sözügedən vəzifəyə başlayandan 6 ay sonra verdi. "Uber”in baş direktoru Travis Kalanick, əməkdaşlara olan açıq məktubunda qeyd edib ki, Jeff Jones bu qərarı, şirkətin, əməliyyatlar üzrə baş direktor vəzifəsinə lazımi şəxsi axtardığı xəbərindən sonra verib. "Jeff çox çətin bir qərar qəbul edib. Həmin qərara əsasən o, Uber-də öz gələcəyini görmür” – deyə Kalanick bildirib. Qeyd etmək lazımdır ki, Jeff Jones-un şirkətdən getməsi, bir çox qalmaqalın fonunda baş verib. Bu qalmaqallar arasında, keçmiş "Uber” əməkdaşının, şirkətdə olan seksual məsələlər haqqında bəyanatından tutmuş, şirkətin, plis və məmurları aldadan gizli proqram təminatı işlətməsi barədə New York Times qəzetində yayımlanmış xəbərlər var.