main-post-cover

    Uber Bakıda fəaliyyətini davam etdirir. Şaiyələr və iddialar əsassızdır.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Son günlər yayılan şaiyələrə görə Uber şirkəti Azərbaycanda fəlaiyyəti dayandırıb. Lakin bu tip iddiaların əsassız olduğunu yoxlamaq olduqca sadədir. Uber tətbiqini telefonunuzda işə salırsınız və şəhərdə həmin an mövcud olan Uber avtomobillərini nəzərdən keçirirsiniz. Uber'in fəaliyyətini daha yaxından izləmək və əmin olmaq istəsəz telefonunuza Uber tətbiqini yükləyin və promo kod olaraq qeydiyyatdan keçən zaman "ubertechnote" daxil edin. Beləliklə ilk səyahətiniz 10 AZN həcmində pulsuz olacaq. Həm Uber xidmətinin keyfiyyətini yoxlayın həm də fəaliyyətini dayandırmadığından əmin olun. 


    pa_email.jpg
    statistika port bakus.jpg
    aeroport.jpg
     


    Uber nədir və necə işləyir?

    Uber mobil telefonunuzun ekranına bir toxunuşla olduğunuz yerə avtomobil çağırmağa imkan yaradan smartfon tətbiqidir. Sizi professional sürücülərlə birləşdirən bu mobil proqram istifadəçilərinə şəhərdaxili mövcud olan ən sərfəli qiymətlər, yüksək keyfiyyət və təhlükəsiz səyahət təqdim edir. Bunun üçün iPhone və ya Andoid smartfonunuza Uber tətbiqini endirmək və qeydiyyatdan keçmək kifayətdir.

    u1.jpg
     
    Mobil tətbiq GPS (peyk) vasitəsilə olduğunuz yeri təyin edir və sifariş zamanı ən yaxındakı sürücünü sizin üçün seçir. Olduğunuz küçə və ya ünvanı tam dəqiq bilməsəniz belə sürücü sizin xəritədə göstərdiyiniz yerə gələrək sizi istədiyiniz ünvana çatdırır.
    Sifarişdən dərhal sonra mobil tətbiqdə sürücü haqqında ətraflı məlumat istifadəçiyə təqdim olunur. Onun foto şəkli, avtomobilinin markası və nömrəsi, sürücünün əlaqə vasitələri və eləcə də onun real zamanda xəritədə olduğu yer. Sual yaranması ehtimalında sürücü məlumatlarında əks olunan "əlaqə” düyməsinə toxunaraq sürücü ilə zəngləşmək və ya ona sms göndərmək mümkündür.

    u2.jpg

    Tətbiqdə olduğunuz yeri və getmək istədiyiniz məkanı qeyd edərək təqribi ödəniləcək məbləği də öncədən görmək mümkündür. Səyahət bitdikdən sonra ödəniş haqda məlumat (sürücü gedilən yolun uzunluğu, yola sərf olunan vaxt və ödəniş) və rəsmi təsdiq istifadəçinin email ünvanına göndərilir.

    u3.jpg

    Uber-in digər taksi xidmətlərindən fərqi və üstünlükləri.

    Uber şirkəti hal-hazırda dünyanın ən sürətlə böyüyən və ən böyük özəl şirkətidir. Hətta böyümə sürətinə görə GoogleFacebook-u da geridə qoyan bu şirkət 5 il ərzində dünyanın 370-dən çox şəhəri və 70-dən çox ölkəsinə yayılaraq 64 milyard dollarlıq dəyərə çatmışdır. Bu böyümənin sirri də təbii ki, Uber-in əsas iş prinsiplərindən irəli gəlir.
     
    Uber-də olan və digər taksi xidmətlərində olmayan özəlliklər:

    • Maksimum təhlükəsizlik
    • Real zamanlı səyahət məlumatları
    • Şəffaf ödəmə üsulu
    • Online ödənişin digər şəxslərlə bölüşdürülməsi
    • Çox az xərc və maksimum sərfəli qiymət. Uber platformasında bütün sifarişlər avtonom komputer sistemləri tərəfindən qəbul olunub yönləndirildiyi üçün dispetçer əməkdaşlara ehtiyac yaranmır. Bu isə şirkətin xərclərinin çox az olmasına gətirib çıxardığı üçün şirkət də öz növbəsində bu üstünlüyü istifadəçilərinə bazarda mövcud olan ən ucuz qiymətlərin təklif edilməsi üçün istifadə edir.
    • Keyfiyyətə nəzarət.

    Uber-in taxi xidmətlərindən üstün cəhətləri aşağıdakılardır: 

    • Keyfiyyətli və komfort avtomobillər - Uber yalnız istehsal ili yeni olan avtomobillərdən istifadə etdiyi üçün səyahət zamanı sizə yalnız və yalnız komfortu ilə seçilən avtomobillər xidmət edir. Xidmətdən istifadə zamanı hər an sizi Mercedes Benz və Lexus kimi lüks avtomobillər də qarşılaya bilər.
    • Taksi xidmətindən istifadə edən zaman sürücü ilə qiymət razılaşmaq sizə böyük problem kimi görünə bilər və əgər siz şəhəri tanımırsınızsa və getdiyiniz məsafənin nə qədər olacağını bilmirsinizsə taksi sürücüsü sizə öz maraqlarına uyğun qiymətlər deyə bilər. Bütün bu problemlərdən yaxa qurtarmağın ən sərfəli üsulu Uber-dən istifadə etməkdir. Ödəməni getdiyiniz məsafəyə və vaxta uyğun nağdsız şəkildə həyata keçirin.
     
    Uber Azərbaycanda

    Uber Azərbaycana 2015-ci ilin aprel ayında UberBLACK premium xidməti ilə daxil oldu və bu seqmentdə istifadəçilərin böyük rəğbətini qazandı. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Uber üçün post-sovet ölkələri sırasında Rusiyadan sonra daxil olduğu ikinci ölkə oldu.

    u4.jpg

     
    Daha sonra, 2015-ci ilin iyun ayında daha ekonom və sərfəli xidmət olan UberX ictimaiyyətə təqdim edildi. Bu xidmət öz qiymətləri və əlçatanlığı ilə qısa zamanda istifadəçilərin sevimli nəqliyyat vasitəsinə çevrildi.
    Siz də Uber tətbiqini yükləyərək, xidməti yoxlamaq istəyirsinizsə aşağıdakı addımları yerinə yetirərək ilk gedişinizi tamamilə pulsuz əldə edin:
    1. iPhone və ya Android smartfonunuza Uber tətbiqini yükləyin.
    2. Aşağıdakı linkdən qeydiyyatdan keçin və ilk gedişinizdə avtomatik olaraq 10AZN hədiyyə hesabınıza əlavə olunsun.
    3. Beləliklə, "ubertechnote" promo kodunu istifadə etməklə ilk səyahətinizi 10AZN dəyərində pulsuz edə bilərsiniz.
    İstifadə etdikdən sonra fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Xidmətlə bağlı istənilən sualı bizə və yaxud Uber kömək mərkəzi email ünvanına göndərə bilərsiniz: support.baku@uber.com




     



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər