main-post-cover

    Ubuntu Windows 10\'a gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Microsoft və Canonical şirkətləri Ubuntunu Windows 10'da istifadə etmək üçün əməkdaşlıq edəcəklər.

    Rəsmi açıqlamanın Microsoft's BUİLD 2016 developerlər konfrasında veriləcəyi bildirilir. Bu əməkdaşlıq Linux və Windows əməliyyat sistemlərini bir birinə inteqrasiya edəcək.
    Martın 30-da, yəni bu gün keçiriləcək olan konfran hər kəs tərəfindən maraqla gözlənilir. Çünki hər il keçirilən bu tədbirdə Microsoft şirkəti daim yeni xəbərlər və məhsullarından xəbər verir. Bu dəfə isə Microsoft və Canonical şirkətləri öz əməkdaşlıqlarını açıqlayacaq. Qeyd edək ki, Canonical şirkəti Ubunutu Linux sisteminin sahibidir. Linux sistemi bundan sonra Windows'da maneəsiz işləyəcək. Belə ki, əlavə virtual maşın quraşdırmadan Ubuntu Linux sisteminin funksiyalarından faydalana biləcəksiniz. Amma bu yenilik əsas kütlə kimi developerləri hədəf alıb. Linux həvəskarları isə Ubuntu sisteminin tam Unity interfeysi ilə gələcəyini düşünməsin. Çünki, interfeys Bash and CLI alətlərinə əsaslanır. Yəni qısaca olaraq, sadə istifadəçilər deyil də, developerlər daha çox yararlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər