
Uğurlu olmaq və iş məhsuldarlığını artırmaq üçün Elon Musk-dan 6 qızıl qayda
Sosial Media
07.05.2017
Farid Pardashunas
Böyük uğurlara imza atmaq üçün, işləri qaydaya salıb, gün ərzində
məhsuldarlığı yaxşılaşdırmaq lazımdır. Bunu "Tesla” və "SpaceX” şirkətlərinin
CEO-su Elon Musk çox yaxşı bilir. Öz işlərini uğurla yerinə yetirməsində ona, vərdişləri
kömək edir. Sizlərə Elon Musk-ın 6 vərdişini təqdim edirik. O bu vərdişlər sayəsində
öz bütün işlərini tam zamanında görməyi bacarır.
Elektron poçt vasitəsilə ünsiyyət:
Elon Musk, o ünsiyyəti üstün tutur hansında ki, tez bir
zamanda reaksiya vermək mümkün olmasın. Əsasən o bu cür ünsiyyəti, elektron
poçt və ya bir sıra messencerlər sayəsində qurur. Bununla yanaşı Musk, telefon
zəngləri ilə edilən danışıqlardan qaçır. Beləliklə o öz qrafikini rahatlıqla
qura bilir.
Əlçatmazlıq:
Lazım olmayan ismarışlara cavab vermək onun üçün boş zaman
itkisidir. Belə ki, o öz işinə çox ciddi yanaşır. Beləliklə o, şirkətinə aid
olmayan insanlardan boyun qaçırır və bunun üçün məşhur olmayan mail ünvanından
istifadə edir. Beləliklə onun poçt ünvanına yalnız vacib və real görünən ideya
və təkliflər gəlir.
Hər işi vaxtında yerinə yetirmək:
Elon Musk, vacib bir görüşdə olduğu müddətdə belə, ona gələn
vacib ismarıclara cavab verərək, təklifləri yoxlayaraq və elektron poçt vasitəsilə
ünsiyyət quraraq, mobil telefon vasitəsilə biznesini idarə edə bilir. Hətta
övladları ilə vaxt keçirən zaman belə o, iş ilə bağlı vacib ismarıclara cavab
verə bilir.
Dəqiq qrafik:
Elon Musk, həmişə optimallaşdırmağa çalışdığı gündəlik
qrafik üzrə işini görür. Onun iş günü, 5 dəqiqəlik aralıqlar ilə
planlaşdırılır. "Sizə belə bir yaxşı məsləhət. Həmişə özünüzə sual verin ki,
hansısa bir tapşırığı daha yaxşı necə görə bilərsiniz” – deyə Elon Musk
bildirib.
Biliklərin öyrənilməsinin savadlı prinsipi:
Elon Musk, özünə yeni görünən anlayışları qavramağa
başlayanda o, "əsas prinsiplər” üsulundan istifadə edir. O, elmi nəzəriyyəni və
ya qaydanı əzbərləməyə yox, başa düşməyə çalışır. Müəyyən bir şeyin bu və ya
digər qayda ilə çalışdığını anlayan zaman o, yeni anlayışın öyrənilməsinə daha
az zaman sərf edir.
Sağlam yuxu:
Baxmayaraq ki, Elon Musk-ın iş qrafiki çox ağırdır, o, gün ərzində
6 saat yatır. Beləliklə o öz gündəlik məhsuldarlığını yüksək səviyyədə saxlaya
bilir. Gün ərzində isə o, iki fincan qəhvə və bir neçə ədəd qazlı içki içir.
Linki kopyala
Həftənin xəbərləri

