Uğursuz olmuş ən bahalı 10 hərbi layihə
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Silah istehsalı o qədərdə ucuz başa gələn bir şey deyil.
Döyüş meydanlarında özünü yaxşı göstərdiyi halda silahlar gəlir gətirirlər.
Lakin əks halda layihə bağlanır. Hər il aviasiya, tank istehsalında və s. kimi sahələrdə yeni söz
deməyə çalışarkən milyardlarla vəsait heç nəyə xərclənir. Gəlin, uğursuzluğa
düçar olmuş ən maraqlı hərbi layihələrə nəzər yetirək.
MMEV (750 milyon dollar)
Multi-Mission Effects Vehicle (çoxfunksionallı hərbi
avtomobil) layihəsi Kanadanın həm aviasiya həmdə tank əleyhinə cavabı
olmalıydı. Lakin bu hərbi avtomobilə quraşdırılmış LAV III sistemi effektiv
olmadı. Belə ki, o, düşmən tərəfindən rahatlıqla izlənə bilərdi və ona ediləcək
raket hücumu nəticəsində hərbi avtomobilin demək olar bütün sərnişinləri həyatlarını
itirə bilərdilər. Layihə 2007-ci ildə bağlandı.
XM29 OiCW (100 milyon dollar)
Yaranmış vəziyyəti tam nəzarət altına almağa imkan verən təcrübi
silah. XM29, istənilən hündürlük və məsafədə proqramlaşdırılmış şəkildə
partlayan 20 mm-lik minalar ilə atəş açırdı. Silah 1995-ci ildən hazırlanırdı.
İrimiqyaslı istehsalda silahın bir nümunəsinin 35.000$-a başa gələcəyi məlum
olandan sonra layihə 2005-ci ildə bağlandı.
North American XB-70 Valkyrie (1.5 milyard dollar)
1950-ci illərin sonunda ABŞ-ın Hərbi Hava Qüvvələri B-52-ni əvəz
edə biləcək yeni strateji bombardmançı haqqında düşünməyə başladı. Valkyrie özündə nüvə raketlərini daşımalı və daha ciddi missiyalar üçün nəzərdə
tutulacaqdı. Təyyarə 21 km hündürlükdə uça bilirdi. Bu xüsusiyyət isə nəzərəi cəhətdən
onu sarsılmaz edirdi. Lakin idarəolunan zenit tipli raketlərin kəşfi bu layihəyə
son qoydu. Daha sonra qitələrarası raketlər bu təyyarələri sıxışdırıb çıxardı.
McDonnell Douglas/General Dynamics A-12 Avenger II (2.95
milyard dollar)
Bu təyyarə köhnəlmiş A-6-a əvəzedici kimi hər bir hava şəraitində
uça bilən stealth tipli bombardmançı kimi istehsal olunacaqdı. Layihəyə start vermiş
şirkətlər yalnız layihənin büdcəsini öyrənməklə işi bitirdilər. Nəticədə təyyarə
istehsal olunmadı. ABŞ höküməti tərəfindən xərclənmiş 3 milyard dollardan məhkəmə
vasitəsilə cəmisi 400 milyonu geri qaytarıldı.
EFV (3 milyard dollar)
Bu zirehli və silahlı nəqliyyat növü 1972-ci ildən fəaliyyətlə
olan BTR modelini əvəz etməli idi. EFV, M1 Abrams tankının yaxşı özəlliklərini
özündə birləşdirməklə yanaşı həm suda həmdə quruda döyüşün aparılmasına şərait
yaradacaqdı. Lakin dəniz piayadalarının sorğusu nəticəsində bu tip köhnə
modelin istifadə müddəti uzadıldı və EFV unuduldu.
Boeing YAL-1 (5 milyard dollar)
Havada olarkən raketlərin məhv olunması üçün olan lazer
sistemi hələ Boeing 747-400F moedelində var idi. Oksigen-yod kimyəvi lazeri
sınaqlardan uğurla keçmişdi. Lakin öz praktiki olmayan sistemi ucbatından bir dəfə
də olsun döyüşdə iştirak etmədi. Lazerin effektiv istifadəsi üçün onun təsir məsafəsini
artırmaq lazım gələcəkdi. Bu isə onun onsuzda böyük olan büdcəsini bir qədər də
artıracaqdı.
Boeing-Sikorsky RAH-66 Comanche (7 milyard dollar)
RAH-66 stealth tipli
vertolyotlar ABŞ-ın Hərbi Hava Qüvvələrində olmuş çoxfunksionallı
vertolyotlarını əvəz etməli idilər. Lakin bu vertolyotların 650 ədəd sifarişi
2004-cü ildə ləğv olundu. Buna səbəb
yüksək büdcə və düşmən tərəfindən hava hücumuna qarşı müdafiə texnologiyalarının
inkişafı idi.
XM2001 Crusader (11 milyard dollar)
Bu tank tipli silah növü 1960-cı ildən istifadədə olmuş Paladin sistemini əvəz edəcəkdi. Lakin sınaqlarda məlum oldu ki, o, Paladin-dən
sürətli olmasına baxmayaraq onun kütləsi və istehsal büdcəsi bütün müsbət cəhətlərini
üstələyirdi. Nəticədə bu silahın bir işlək prototipi yaradıldı.
FCS (18 milyard dollar)
"Gələcəyin hərbi sistemləri” adlandırılan bu irimiqyaslı
proqram 2003-2009-cu illəri əhatə etmiş ABŞ Hərbi Qüvvələrinin yenidən təşkilinə və yeganə şəbəkəyə qoşulmuş yeni nəsil silah növlərinin yaradılmasına yönəlmişdir.
Bu layihəyə 340 milyard dollar vəsait xərclənəcəkdi. Lakin 18 milyard dollar xərclənəndən
sonra layihə bağlandı. Buna baxmayaraq bu layihədə olmuş bəzi fikirlər sonrakı
proqramlarda istifadə olundu.
Trident raketləri (40 milyard dollar)
Daxilində 14 nüvə partlayıcısının olduğu və sualtı gəmidən
atıldığı ballistik tipli bu raketlər hələdə istehsal olunur və ABŞ Hərbi Qüvvələrinin
ehtiyyatlarında durur. Bu layihə 1979-c ildə start götürüb və 2042-ci ildə sona
çatması planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)