Uinston Çörçill-in, vaxtı ikən yadplanetlilər haqqında yazdığı məqaləsi dərc olunub
07.05.2017
Farid Pardashunas
1939-cu ildə Uinston Çörçill, yadplanetli həyat və onun varolma ehtimalları barədə məqalə yazmışdı.
Lakin həmin məqalə dərc
olunmamışdı. Uzun müddət, məqalə itirilmiş hesab olunurdu. Lakin keçən ilÇörçill Muzeyinin direktoru, məqaləni tapmışdı. Ümumilikdə Çörçill-in fikirləri
günümüzdə olan bir çox ksenobioloqların fikirləri ilə üst-üstə düşür. O da,
kainatın sonsuz ölçülərini nəzərə alaraq insanların yeganə canlı varlıq olmadıqlarını
düşünürdü. O həmçinin əmin idi ki, mürəkkəb çoxhüceyrəli həyatın yaranması üçün
su və düzgün temperatur diapazonu şərtləri çox vacibdir. Bundan əlavə olaraq o,
məqaləsində, planetin atmosferini saxlaya biləcək güclü qravitasiya qüvvəsini də
qeyd etmişdi. Çörçill hesab edirdi ki, Marsda və Venerada həyat nə vaxtsa olub və
ya ola bilər. Həmçinin o, ekzoplanetlərin kəşfini də öncədən bildirmişdi. Öz məqaləsində
Çörçill əlavə olaraq qeyd etmişdi ki, bizim sivilizasiyanın uğurlarından narazı
olduğu üçün insanların, kainatın ən üst pilləsi olmaları fikri ilə razı deyil.
Məlumata əsasən Çörçill, sözügedən məqaləni 1939-cu ildə yazıb. Daha sonra
1950-ci ildə o öz məqaləsinə geri qayıdıb. Lakin hansısa səbəblərə görə məqalə
dərc olunmamışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)