main-post-cover

    Ulduz qara dəlik tərəfindən belə uduldu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Astronom alimlər nəhəng bir qara dəliyin ulduzu udması və bunun nəticəsində ətrafa güclü plazma buraxması prosesini müşahidə ediblər.Bu,çox nadir bir hadisədir.Bu xəbərə keçməzdən əvvəl qara dəliklər haqqında biliklərimizi yeniləyək.
     
    Qara dəliklər nədir?
     
    Qara dəliklər hər hansı bir cismin güclü sıxılmasından əmələ gələn obyektdir.Adının qara dəlik olması sizi təəccübləndirə bilər.Qaradırsa, onu necə görürük? Elementar fiziki biliklərə sahib olan orta məktəb şagirdi də bir cismin görünməsi üçün onun üzərinə düşən işığı əks etdirməli olduğu faktını bilir.Və yaxud, həmin cisim özü işıq mənbəyi olmalıdır ki,biz onu görək.Bizim qara dəliklləri görməmə səbəbimiz odur ki,onlar həddən artıq güclü qravitasiya qüvvəsinə sahibdirlər ki,hətda işiq belə ordan çıxa bilmir.O,işığı da özünə cəzb edib saxlayır.Biz onları rentgen şüalarını görüntüyə çevirən cihazlar vasitəsi ilə aşkar edirik.Bəs bu qara dəliklər necə yaranır? Bildiyimiz kimi istənilən ulduz müəyyən bir vaxtdan sonra enerjisini bitirir və cırtdanlaşır.Bu hadisə supernova hadisədi adlanır.Bir növ partlayış.Geridə qalan güclü sıxlığa malik qalıq isə qara dəlikdir.Udluz ölür və qara dəlik yaranır.
    Ulduz qara dəlik tərəfindən belə uduldu
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Qara dəliklər haqqında son xəbərə gələk.Xəbərin başlığında göstərilən şəkil son hadisənin təsviridir.Astrofiziklərdən ibarət beynəlxalq komandanın Science jurnalında çıxan məqaləsinə istinadən,onlar bizim Günəşə bənzər bir ulduzun qara dəlik tərəfindən udulduğu müşahidə ediblər.Bu zaman onlar dəhəşətli dərəcədə güclü qazın ətrafa yayılmasını müşahidə etdiklərini deyirlər.Bu tapıntı isə həmin mövzudakı nəzəri biliklərin doğru olduğunu göstərib.Ulduzun qara dəliyə yaxınlaşdıqda başına gələbiləcəkləri daha aydın anlamaq üçün sizlərə bu videoya baxmağı məsləhət bilirik.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər