main-post-cover

    Unicode 10 ilə gələcək emosiyalar təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Unicode 10 ilə gələcək yeni emosiyalar göründü. Tez bir zamanda siz emosiya siyahısında yeni emosiyalar görə biləcəksiniz.

    Yəqin ki, bir çoxları kimi siz də mesajlarınızda emosiyalara xüsusi yer verirsiniz. Hətta elə şəxslər var ki, onlar emosiyalarla tam bir mesajı ifadə edə bilirlər. Təbii ki, bu da istehsalçıların bu sahədə yeni emosiyalar əlavə etməsinə şərait yaradır. Unicode da bu dili inkişaf etdirməkdə davam edir. Unicode 10-da yer alan yeni emosiyalar da bunlardan biridir. Yeni emosiyalar çoxaldıqca fikri ifadə etmək də asanlaşır.

    Yeni emosiyalar arasında hicablı qadın, saqqallı kişi, zebra, vampir, ufo, ulduz gözlü gülən adam, tort, susmağı işarət edən adam emosiyaları yer alacaq. Yenilənmə ilə gələcək yeni emosiyalar da digərləri kimi çox istifadə olunacaq kimi təəssürat yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər