main-post-cover

    Unicode 9 formatlı yeni emojilər təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Unicode 9 emojilərinə yeniləri əlavə olundu. Aralarında Selfie emojisinin də olduğu yeni emojilər yaxında bütün platformalara təqdim olunacaq.

    Uzun illərdir ki, social aləmdə həyatımızın bir hissəsinə çevrilən emojilər sırasına hər il yeniləri əlavə olunur. Əlavə olunan yeni emojilər isə insanların tələbləri, aktual mövzular, ən çox istifadə olunan sözlər və ya hərəkətlər əsasında müəyyənləşdirilir. Emoji dedikdə isə ağıla ilk olaraq Unicode 9 formatında emojilər gəlir. Bu dəfə Unicode 9 formatında emojilər bütün cihazları dəstəkləyəcək şəkildə əlavə olunacaq. İstifadəçilərin özlərini daha yaxşı ifadə etməsi üçün yaradılan yeni emojilər özündə selfie, pinokio burnu, qara ürək, bəzi heyvanlar və s. emojiləri birləşdirir. Ümumi olaraq 77 yeni emoji Unicode 9 formatına əlavə olunacaq. Yeni emojilər Android, iOS və Windows Mobile platformalarına təqdim olunacaq. Amma bu emojilərdən istifadə edə bilmək, dostlarınıza göndərmək üçün firmaların mobil cihazlar üçün göndərəcəyi system yeniləməsini gözləməlisiniz.
    Linki kopyala