main-post-cover

    Unity, Artıq SteamVR dəstəyinə sahibdir.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Müstəqil oyun yaradıcılarının ən çox istifadə etdikləri oyun mühərriklərindən biri olan Unity, bundan sonra SteamVR dəstəyinə sahib olacaq.

    Virtual reallıq sektorunun gün keçdikcə inkişaf yazmasını artıq hesab edirik ki bilməyən qalmadı. Bir çox böyük firmanın işin içinə daxil olması ilə birlikdə bir xeyli böyüyən bazar, əlbəttə özü fərqli qərarların da alınmasına gətirib çıxarır. Həmçinin oyun dünyasındakı bir çox firmanı da tərkibinə qatan və bunu az qala şirkətlərə zəruri bir şəkildə etdirən virtual reallıq, Unity oyun mühərrikindən də yan keçmədi. Müstəqil oyun yaradıcıları tərəfindən ən çox istifadə edilən oyun mühərriki, artıq SteamVR dəstəyi ilə birlikdə virtual reallıq sektorunua daxil olmuşdur.

    Steam, Məlum olduğu kimi sektora HTC ilə birlikdə hazırlanmış SteamVR eynəyi ilə birlikdə girmişdi. Xüsusilə PC oyunçularının qəlblərini fəth edən və bu mövzudakı işləri səbəbiylə maraq yaradan eynək, hal-hazırda Unity dəstəyi ilə birlikdə daha çox hazırlanmasına gətirib çıxaracaq kimi dayanır. Hətta mövzuyla əlaqədar şərh verən Valve'ın yaradıcısı Gabe Newell, halı hazırda virtual reallıq videolarını hazırlayarkən Unity oyun motoruna müraciət etdiklərini və bu dəstək sonralar gəlirlərinin artmasına səbəb olacağını dilə gətirdi.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər