main-post-cover

    Universitet məzunlarının iş tapmalarında yardımçı olan və LinkedIn-in potensial rəqibi WayUp

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Universiteti yenicə bitirmiş gənclər, hal-hazırda olan serislərdən daha yaxşı iş tapma imkanlarına sahib olmalıdırlar.

    Nyu Yorkda fəaliyyət göstərən WayUp adlı startapın əsas ideyası budur. Qeyd etmək lazımdır ki, sözügedən startap bir neçə müddət bundan öncə 18.5 milyon dollar investisiya cəlb etmişdi. İlk başlarda WayUp, iş və staj məşğuliyyəti axtaranlar üçün adi bir elan servisi idi. Lakin indi bu startap, iş təcrübəsi olmayan və universiteti yenicə bitirmiş insanları hədəf alıb. WayUp-da hesab edirlər ki, bu bazar lazımi şəkildə inkişaf etməyib. LinkedInIndeed kimi professional saytlar isə, iş karyerasının ayrıca etapları üçün faydalıdır. "LinkedIn, daha çox böyük nəsil üçün nəzərdə tutulub” – deyə WayUp-ın təsisçisi Liz Wessel  bildirib. O güman edir ki, bu startap, smartfon vasitəsilə iş axtarmaq və CV göndərmək özəlliyini daha asan edir.
    Sözügedən layihəyə daha çox investisiyanı, "Trinity Ventures” şirkəti yatırıb. "Trinity Ventures” şirkətinin təmsilçisinin sözlərinə görə, işverənlər ilə iş axtaranlar, mobil telefonlar üçün nəzərdə tutulmuş ümumi platformaya layiqdirlər. Həmçinin o düşünür ki, WayUp, gələcəkdə LinkedIn-i keçərək yeni nəsil üçün unikal bir platforma olacaq və insanlar, işverənlərlə, iş axtaranları birləşdirəcəklər. WayUp, vakansiya namizədlərinin axtarışını, individual axtarış ayarları vasitəsilə asanlaşdırır. Startapın komandasında 50-ə yaxın işçi çalışır. İnvestisiya vəsaitlərinin isə developer və məhsul meneceri komandasının yaradılması üçün xərclənəcəyi planlaşdırılır. WayUp, 2014-cü ilin İyul ayında təsis edilmişdi. Təsis edildiyi gündən o ümumilikdə 27.5 milyon dollar investisiya əldə etmişdi.
    Linki kopyala