Universitetdə oxuyarkən iş qurmağın faydaları

Universitetdə oxuyarkən iş qurmağın faydaları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Universitet illəri bir çox tərəfdən həsrət ilə yad edilir. Təhsil aldığım universitet (UNEC) mənə həddindən artıq çox şey qazandırdı. Bir neçə uğursuz cəhddən sonra, hal-hazırda işlədiyim "Technote" komandasına qoşulmaqla yanaşı öz şəxsi Startup-ımı da qurmağa nail oldum və universitet illərində əldə etdiklərim mənim üçün buna görə önəmlidir. Çünki heç bir zaman "əzilən bir tələbə” olmadım və uğursuzluqları bir dərs olaraq qəbul etdim. Sizdə universitet illərini yaxşı dəyərləndirməlisiniz. Bu illəri daha da yaxşı dəyərləndirmək üçün öz işinizi qurmağa da bu illərdə başlamağınızı məsləhət görürəm. Nəyə görə?

1- Az risk, böyük qazanc

Hər şey bir yana universitetdəsiniz. Bir işə başladığınız zaman ola biləcək ən pis ssenari, işə başlamazdan əvvəl nə edirsinizsə, onu etməyə davam etmək olacaqdır.


Alacağınız risk hər zaman olacağından daha azdır, çünki iş mövzusunda universitet bitdikdən sonra risklər hər zaman artır. Ortalama hər il bir iş qurma fürsətiniz olur yəni bu da ortalama bir tələbə universitet həyatı ərzində 4 iş qura bilər mənasını verir. Təbii ki, bu cəhdlərdən ilki uğurlu olsa digərlərinə ehtiyac qalmayacağı da bir həqiqətdir. Əgər uğursuz olsanız da əmin olun bu işləri qurmaq və idarə etmək ərəfəsində yaşadıqlarınız və öyrəndikləriniz sizə böyük bir "məlumat toplusu” olaraq geri qayıdacaqdır. Bu ərəfədə itirdikləriniz əslində qazandıqlarınızdır.

2- Universitet mənbələri

Hər universitetdə möhtəşəm mənbələr olmasa da heç kimin sizi sorğulamadığı kitabxana mühitiniz, ödənişsiz və sürətli internetiniz ən böyük mənbələrinizdir. Yemək mövzusu isə çox yerə görə daha uyğundur.

Universitetdə hər zaman sizin birşeylər məsləhət almaq üçün yaxınlaşmağınızı gözləyən və kömək etməkdən zövq alacaq olan professorlar və ya digər universitet işçiləri və təbii ki digər yoldaşlarınız bu illərdə faydalana biləcəyiniz ən möhtəşəm mənbələrdir. Bunların dəyərini, sahib olmadığınız zaman başa düşə bilərsiniz.

3- Real təhsil

Hansı ixtisasda təhsil alırsınızsa alın, sinifdə ala biləcəyiniz təhsil məhduddur. Bu səbəbdən həm universitetdə staj alarsınız həm də universitet bitdikdən sonra uzun bir müddət sizə stajyer kimi davranılar. Real bir iş təcrübəsi isə sinifdəkindən 10 dəfə daha çətin amma ən az 10 dəfə də daha çox öyrədicidir. Bu səbəbdən bu təcrübəni oxuyarkən qazanmaq size bir çox tərəfdən irəli keçirdər.

4- Real müştərilər

Universitetdə bərabər işlədiyiniz dostlarınız xaricində qalan bütün tələbələr potensial müştərinizdir. Açıq danışsaq bir məhsul yaratdığınızda əgər universitet tələbəsindən pul qazanmağı bacardınızsa, bu iş həqiqətən uğurlu olmuşdur mənasını verir. Onlar real müştərilərinizdir və ən vacibi viral reklam gücünə sahibdirlər, çünki hər tələbənin onlarla tələbə dostu mövcuddur və tələbələr əllərindəki məhsul haqqında "lovğalanmağı” sevirlər.

5- Potensial ortaqlar

Bir düşünün, bir sonrakı "Zuckerberg" kitabxanada yanınızdakı masada oturur. Bəli, universitet dövründə qazanacağınız dostlar həyatınızın geri qalanına müsbət təsir edə bilər. İşinizi qurarkən qrup yoldaşlarınız, otaq yoldaşlarınız və ya o dövrdə qazandığınız digər dostlarınız sizin iş ortağınız ola bilər. Həm güvənilir həm də eyni düşüncə tərzində biri tapsanız eyni şəkildə risklər ala bilər və çox daha sağlam halda işləyə bilərsiniz.

Sizə Lazım ola bilər

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×