Barmaq boyda komputer

Barmaq boyda komputer

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Komputer dedikdə ağlınıza nə gəlir? Sistem bloku? Yoxsa notebook? Bəlkə Planşet? Bəs biz sizə cibinizdə gəzdirə biləcəyiniz barmaq boyda bir komputerin olduğunu desək?

 


USB yaddaşların üzərinə əməliyyat sistemlərinin yazılması yeni bir idea deyil. Belə ki, Ebay yaxud Amazon kimi alış-veriş saytlarında bu tip cihazlar həddən artıq çoxdur.  Ancaq bunlar Android, Linux və Ubuntu əməliyyat sistemləri ilə işləyirlər. İlk başda Windows kimi ağır bir sistemin USB yaddaş kimi balaca bir qurğunun üzərinə yazılması mümkünsüz idi. Çünki həmin qurğuya yerləşdiriləcək prosessorlar ilə Windows çox ağır işləyəcəkdi və istifadəyə yararsız hala gələcəkdi. Ancaq ən son nəaliyyətlər sayəsində texnologiya bunu da bacarmışdır.

İntel və Microsoft şirkətləri bu sahədə ilk addımları qoymuşolsa da, Lenovo şirkəti USB üzərindəki Windows-un daha yaxşı bir versiyasıı çıxarmağa çalışır.


Bu cihazlar barmaq qədər balaca olduqlarından, təbiiki, cihazı özbaşına bir monitor olmadan istifadə etmək qeyri-mümkündür. Cihaz, üzrəindəki HDMİ çıxışı sayəsində televizora taxılır və televizoru bir Windows komputerinə çevirir. Qeyd edək ki, cihazı televizorda istifadə edə bilmək üçün bir tək HDMİ girişi gərəkdir. Cihaz enerjisini, əgər televizorda varsa, USB kabeli vasitəsilə alır. Əgər belə bir imkan yoxdursa, cihazı xüsusi aparat və kabel sayəsində adi bir divar rozetkasına da taxmaq olar.

Belə bir chazın üstünlüklərinə gəldikdə isə, onun daşınılabilərliyi ön plana çıxır. Belə ki, cihazı sadəcə bir çantaya yaxud cibə qoyub getdiyiniz istənilən yerdə bir monitora qoşub öz şəxsi fayllarınıza düzəlişlər etmək, yaxud internetdə gəzinmək çox asandır.


Cihazın Windows 8.1, 32GB yaddaş və 2GB ram olan versiyası $149, Linux, 16GB yaddaş və 1GB ram olan versiyası isə $89-a satışa buraxılacaq.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


24000 azn dəyərində telefon

İki lyüks brendin əməkdaşlığı keçən ilin payızında başlamışdı. Məhz keçən payız əfsanəvi..

×