"Ustam"ın  fəaliyyətinin dayanmasına səbəb olan ŞOK detallar.

"Ustam"ın fəaliyyətinin dayanmasına səbəb olan ŞOK detallar.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2015-ci ildə Azərbaycan bazarına daxil olan Ustam layihəsi keçən ay startap sahibinin profilindən edilən rəsmi açıqlama ilə fəaliyyətini dayandırıdı.

 

Murad Həsənzadə-nin başlatdığı və online olaraq tətbiq üzərindən ustaların sifarişini həyata keçirən yerli şirkət Ustam fəaliyyətini dayandırdı. Fəaliyyətinin əsas dayanma səbəbi Azərbaycan bazarı və əhalidə tətbiq və online ödənişlərə güvənin olmadığı və maliyyə, investisiya problemləri göstərilirdi.

Ustam ideyası necə yarandı?
Hər nə qədər innovativ görünsədə sözü gedən bu ideya dünyanın bir çox ölkəsində mövcuddur. İstər Amerika, istər Rusiya bazarı eləcə də digər ölkələrdə 14-ə yaxın belə şirkət fəaliyyət göstərir. Bütün bunlardan əlavə online satış platformalarında tətbiqin hazır kodları satılır. İdeyanın əsasını mobil tətbiqetmə ilə sizə lazım olan sahəyə uyğun ustanın çağırılması və xidmət qarşılığında online ödənişin edilməsidir. Bütün bunları nəzərə alıb bir nəticəyə gəlmək olar ki, layihə yenədə qlobal yaxud başqa hansısa lokal layihənin bizim bazara lokallaşdırılmasıdır. Lakin Azərbaycan bazarının spesifik bazar olduğunu layihə rəhbəri unudub deyəsən.

Ustam necə quruldu? Ustam həqiqətən qrant almışdımı?
Bir çoxunuz Ustam layihəsini Next Step akselerasiya proqramından sonra tanıdığı üçün Ustam düşüncələrdə həmin proqramdan sonra yaranan bir layihə kimi qalıb. Lakin hələ bu proqrama qəbul olmamışdan əvvəl Ustam şirkət olaraq fəaliyyətinə başlamış, sifarişlər qəbul edib, xidmət göstərmişdir. Məlumatlara görə bu mərhələyə qədər Ustam sahibkarın digər bir şirkəti olan Bulud Creative Agency-dən gələn gəlir hesabına maliyyələşirdi. Qrant məsələsinə gəldikdə isə, Ustam indiyə qədər heç bir qurumdan qrant almayıb və bu açıq aşar məlumdur. Next Step innovasiya mərkəzi sadəcə layihənin üzvlərinə 3 ay müddətində öz xərclərini qarşılamaq üçün 2000 AZN məbləğdə pul ayırıb.



Next Step dövründə Ustam nə etdi?
Qarşısına qoyduqları məqsəd - 3 ay ərzində Android iOS platformasına uyğun yenilənmiş tətbiqin təqdim olunması və web saytın hazırlanması idi. Bu müddətdə Ustam-ın reklam çarxı haqqında görüntülər paylaşılsada, nəticə olaraq ortada hər hansı bir reklam çarxı olmadı. Modellərə geyindirilən Ustam geyimləri əslində reklam baxımından bu layihənin uğurlu olacağı təsəvvürünü yaradırdı. 3 ay sonunda ortaya qoyulan nəticə isə gözlənilməz idi, açılışa 2 gün qaldığı halda təyin olunan gündə tətbiqlərin təqdim olunmaması ağıllarda yeni bir sual yaradırdı. Həqiqətən bu adamlar işlərində ciddidilərsə, niyə təyin olunan gün təqdimat olmadı? Daha, sonra Next Step akselerasiya mərkəzinin müddətinin bitməsi, layihənin həmin mərkəzdən ayrılmasına səbəb oldu.



Ustam niyə dayandı?
Hər şey qaydasında olduğu halda Ustam-ın dayanmasına səbəb kimi, Ustaların aylıq məvaciblərinin ödənilməsi üçün vəsaitin yoxluğu və reklam xərclərini qarşılamağın çətin olduğu göstərilirdi. Ən əsas səbəb isə Azərbaycan qanunversiciliyində bu tipli əməliyyatları tənzimləyən qanunun olmaması və ustaların VÖEN açıb rəsmi qeydiyyatdan keçmək qorxusu idi. Bu təbii ki, rəsmi edilən bir açıqlama idi. İşin qara və pərdə arxasında ağıllarda sual yaradacaq çox mübahisəli bir məsələ var idi. Məxfi məlumatlarda və ələ keçirilən yazışmalarda Ustam App-nın kodlarının oğurlandığı iddiası ortaya çıxdı. Kodların developerlər tərəfindən təqdim olunmaması və yoxa çıxması, layihəni batıran əsas səbəb idi. İnvestorları ciddi narahat edən məsələlərdən biri də həmin kodlara müdaxilə edilə bilməməsi və hər şeyin backend-də olan bir developerdən asılığı idi. Developer və layihə rəhbəri arasında olan problemlər bir layihənin çökməsinə səbəb oldu deyə bilərik.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×