main-post-cover

    uTorrent\'in yükləmə sürətini necə artıra bilərik.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bu gün demək olar ki, cihazlarımıza yaddaşı çox olan faylların yüklənməsində torrent çox böyük rol oynayır. Torrent'də sürət limiti öz ayarlarına və internet provayderlərinə uyğun olaraq dəyişir. Ancaq aşağıda göstərəcəyimiz bir neçə metod ilə sürəti bir qədər artıra bilərsiniz. Metodlara keçməmişdən əvvəl qeyd etmək istəyirik ki, pirat və torrent eyni anlayış deyil. Pirat illeqal olduğu halda, torrent tamamilə leqaldı. Bunu yazmaqda məqsədimiz piratçılığa dəstək vermək deyil, Technote olaraq biz piratçılığa qarşıyıq və həmişə orijinal məhsullara üstünlük vermişik. İndi isə metodlara nəzər salaq.
     
     
     
     
    1. İlk olaraq http://www.utorrent.com/ saytına daxil olub yükləyin və proqramı açın.
     
    2. Yuxarıda solda Options - Preferences seçirik. Qısa olaraq ctrl+p də istifadə edə bilərsiniz.
     
    3. İndi isə açılan pəncərədə Queuing olan bölməyə daxil oluruq və Maximum Number of active downloads sözünün qarşısındakı rəqəm yerinə 1 yazırıq.
     
     
    4. Növbəti addım kimi Connection yazılan bölməyə daxil oluruq və əmin oluruq ki, UPnP port mapping aktivdir.
     
     
    5. İndi isə BitTorrent bölməsinə daxil oluruq və the Outgoing Protocol Encryption yazılan hissəni enable edirik.
     
     
    6. Və Bandwitdh bölməsinə daxil olub Maximum Upload Limit'i 1 edirik. 

     
     
    Bu 6 metodu yerinə yetirdikdən sonra Apply edirik. 
     
     
     
     
    Həmçinin torrent fayl yükləyərkən sürəti boost etmək mümkündür. ( Yuxarıdakı 6 metodu daxil edəndən sonra). Bunun üçün:
     
    1. Yüklənən torrentin üzərinə mausun sağ düyməsini basaraq Properties'ə daxil oluruq.
    2. General bölmədə şəkildə göründüyü kimi  tracker linkini copy edirik.
     
      

    3. Yuxarıda Advanced bölməsinə ( General'in sağinda) daxil oluruq  və Weeb Seeds yazılan yerə paste edirik və ok vururuq.
     
     
     
    Bu qədər. Ümid edirik bu üsullar ilə sürətinizdə fərq hiss olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər