Uğura gedən yol sadəlikdən keçir!

Uğura gedən yol sadəlikdən keçir!

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Sadəlik və diqqət əsas kriteriyalarımdan biridir. Lakin sadəliyi əldə etmək də asan deyil. Sadəliyi əldə etmək üçün onu qarışıqlıqlardan təmizləmək lazımdır. Bunun üçün isə çox çalışmaq tələb olunur. Ancaq buna dəyər, çünki sonunda buna nail olduqda qarşınızda heç bir maneə qalmayacaq".
Stiv Cobs (Steve Jobs)

"Sadəlik gözəllikdir” deyimi hər yerdə və hər zaman öz aktuallığını qorumaqdadır. Bunu dünyaca məhşur şirkətlər təqdim etdikləri məhsul və xidmətlərdə hər zaman vurğulayırlar. Bəlkə də, onların belə uğur qazanmağının ilkin səbəblərindən biri də məhz sadəliyə verdikləri dəyərlə bağlıdır. Məsələn, Stiv Cobsun Kupertinodakı kiçik ofisindən dünyaya çıxmasında sadəliyin böyük rolu olduğunu desək yanılmarıq. Bütün Apple məhsullarına baxdıqda ortaq olan bir şey diqqəti cəlb edir-sadəlik. Rəqib şirkətlərin çoxlu sayda yeni funksiyalar qazanmış düymələr əlavə etməsinə baxmayaraq, "Apple" hər zaman sadəliyi ilə diqqət mərkəzində olmağı bacarıb. İlk dövrlərdə cəmi bir neçə düymə ilə çoxsaylı funksiyalar daşıyan "Apple" məhsullarının aktuallığı indi də qalmaqdadır. Sadəlik anlayışı yalnız məhsullarda deyil, həm də reklamlarda da vacib xarakter daşıyır. Məsələn, "Apple"ın 2006-cı ildə təqdim etdiyi reklam çarxı buna əyani sübutdur. Reklamda iki fərqli personajdan biri Mac, digəri isə PC-ni ifadə edir. Reklamda heç bir yazı, səs, qiymət, etiket yer almayıb. Əsas vurğulanan ideya isə "Mac, PC-dən daha yaxşıdır” fikridir.

 



 

Sadəlik bütün sahələrdə özünü ifadə etməyin ən effektiv yoludur. Buna misal olaraq, "Google"u göstərmək olar. Google.com yazdığımızda qarşınızda yalnız logo və axtarışı həyata keçirmək üçün lazım olan sahə görünür. Başqa heç bir şey istifadəçinin nəzərini cəlb etmir. Bəlkə də buna görə də Bing, Yandex, Yahoo kimi axtarış sistemləri Google-la müqayisədə daha az istifadə olunurlar. Başlıca səbəb isə istifadəçiyə lazım olan xidməti onu yormadan həyata keçirməkdir.


Sadəlikdən danışarkən, Wetransfer-i qeyd etməmək mümkün deyil. Sayt son dərəcə sadə olmasına baxmayaraq, 2015-ci il statistikasına görə 25 milyon istifadəçisi olduğu bildirilir. Sayt haqda məlumatı olanlar bilir ki, saytın əsas funksiyası faylların köçürülməsini həyata keçirməkdir.

Biznesiniz böyük kütləni əhatə edirsə, sadə fikirləşməyi bacarmalısınız. Çünki cəmiyyətdə hər kəsin analiz qabiliyyəti fərqlidir və siz bunu nəzərə alaraq, proyektlərinizi 6 yaşındakı uşağın belə başa düşəcəyi dildə təqdim etməlisiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×