Uğursuzluğa düçar olmuş smartfonlar

Uğursuzluğa düçar olmuş smartfonlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bəzi cihazlar bazarda inqilab yaradaraq milyonlarla insanı özlərinə sevdirir və çoxlu tirajlarla satılırlar. Lakin texniki parametrlərinə görə bu cihazlardan fərqlənməyən digərləri isə bazarda uğursuzluğa uğrayaraq satılmır və hətda reklama xərclənən vəsaiti belə ödəmir. Bu məqalədə smartfon bazarında uğur qazanmamış mobil telefonlardan danışacağıq.
 
Microsoft KIN:
 
2010-cu ildə Microoft şirkəti iki qəribə smartfonu təqdim etdi. Microsoft KIN One və Microsoft KIN Two. Şaquli və üfüqi slayder olan bu smartfonlar QWERTY klaviaturaya malik idilər. Bu smartfonlar aktiv şəkildə sosial şəbəkələrdən istifadə edən gənclər üçün nəzərdə tutulurdu. KIN One ölçü baxımından kiçik və sadə idi. O, 320x240 ekrana, 4 GB-lıq yaddaşa və 5 MP kameraya sahib idi. KIN Two isə daha geniş klaviatura ilə yanaşı 620x240 ölçülü ekrana, 8 GB-lıq yaddaşa və video çəkmə özəlliyinə malik 8 MP-lik kameraya sahib idi. Sözügedən smartfonları yapon şirkəti olan Sharp Corporation istehsal edirdi. Bu smartfonların bütün funksionallığı sadəcə sosial şəbəkələr ilə yekunlaşırdı. Əsas ekranda Facebook və Twitter-dən olan statuslar əks olunurdu. Kamera vasitəsi ilə çəkilmiş şəkilləri isə birbaşa bu sosial şəbəkələrdə paylaşmaq olurdu. Klaviaturada əlavə smaylik düyməsi mövcud idi. Zune Software paketi istifadəçilərə Zune Music servisindən musiqi və video endirməyə və yaxud online rejimdə musiqiyə qulaq asmağa və videoya baxmağa imkan verirdi. Bütün bunlara baxmayaraq 9000 ədəd smartfon satıldı. Bu isə reklama xərclənmiş vəsaitlə müqaisədə çox kiçik göstəricidir. Smartfonlar bazarda yalnız il yarım qala bildilər. İstifadəçilər nədən narazı idilər?
 
 
İlk öncə ondan başlayaq ki, smartfon Windows Phone əsasında yaradılmış natamam sistem proqramı üzərində çalışırdı. Buna görədə heç bir application yükləmək mümkün olmurdu. Bu problem Windows Mobile və Windows Phone 7 üçün də keçərçli idi. Funksionallığı bu qədər qıt olan bir smarfon üçün qiymət də sərf etmirdi. $50 One üçün, $100 isə Two üçün.
 
Rusiya istehsalı "iPhone”:
 
2011-ci ildə MTC şirkəti ZTE və Qualcomm şirkətləri ilə əməkdaşlıq edərək GLONASS-MTC 945 Rusiya naviqasiya sistem çipini özündə birləşdirən ilk smartfonu təqdim etdi. O vaxt baş nazir vəzifəsində olmuş Vladimir Putin-ə cihazın istehsalını zakaz vermiş Vladimir Evtuşenkov yeni smartfonu təqdim edərkən bildirmişdi ki, smartfon heçdə iPhone 4-dən geri qalmayacaq. Bu cür bəyanlardan sonra smartfona "iPhone-un rus qatili” adı verilmişdi. Təbii ki, bu bəyanlar reallığa uyğunlaşmadı. Yeni cihaz nəinki iPhone ilə hətda orta səviyyəli Android smartfon ilə belə rəqabət apara bilmirdi. O, 240x400 ölçülü ekrana, 130 MB-lıq yaddaşa, 2 MP-lik kameraya və qara plastikdən olan qorxunc korpusa sahib idi. Texniki parametrlərdəndə göründüyü kimi Rusiya istehsalı smartfon ilə iPhone 4 arasında yer və göy qədər fərq var idi.
 
 
İlk öncə 500.000 ədəd smartfon istehsal olunması planlaşdırıldığı halda yalnızca 500 ədəd istehsal olundu. Bu smartfondan xəbərsiz olan Apple şirkəti isə təkcə 2012-ci ilin ilk rübündə 37 milyon iPhone istehsal etdi. Yarım ildən sonra hamı Rusiya istehsalı smartfonu unutdu. Tələbatın olmaması və satışların çox bərbad olması ilə əlaqədar smartfonun istehsalı dayandırıldı.
 
HTC First:
 
2013-cü ilin aprel ayında HTC First smartfonu satışa çıxdı. Texniki parametrlərinə görə smartfon o vaxtlar üçün heçdə pis deyil idi. O, 2.3 inç HD ekrana, iki nüvəli Snapdragon 400 çipinə, 16 GB-lıq yaddaşa və 5 MP-lik kameraya sahib idi. Bunlardan əlavə olaraq ona Facebook Home proqramı quraşdırılmışdır. Məhz Facebook Home özəlliyi HTC First cihazını digər smartfonlardan fərqləndirirdi. HTC First smartfonunun təqdimatı ilə birlikdə Facebook Home funksiyası artıq Google Play-də çıxmışdı və Samsung Galaxy SII, Samsung Note II, HTC One və HTC One X + smartfonlarını dəstəkləyirdi. Smartfonun o qədərdə baha olmasına baxmayaraq ($100) o çox pis satılırdı. Bəzi məlumatlara görə şirkət cəmi 15.000 ədəd smartfon sata bilmişdi. İstifadəçilər əsasən keyfiyyətsiz kamera və yaddaş həcminin kiçik (smartfon microSD dəstəkləmirdi) olmasından şikayətlənirdilər. Qeyd edək ki, bu Facebook-un öz smartfonunu yaratmaqda ikinci cəhdi idi. İlk cəhdidə uğursuz olmuşdu.
 

 
 
Belə ki, 2011-ci ildə INQ şirkəti ilə birlikdə INQ Cloud Touch və INQ Cloud Q smartfonları istehsal olunmuşdur. Bu smartfonlar da Facebook ilə sıx inteqrasiya olunmuşdular. INQ Cloud Touch adi klaviaturaya sahib olduğu halda INQ Cloud Q QWERTY klaviaturaya sahib idi. Smartfonların hər iki modeli çox kiçik idi (3.5 inç və 2.6 inç). Hər iki model Android 2.2 sistem təminatı ilə çalışırdı. Smartfonları işə salan zaman cihaz avtomatik olaraq Facebook-a daxil olurdu.
 
Çin istehsalı Smartisan:
 
2013-cü ildə bazara böyük səs səda ilə Smartisan Technology şirkəti daxil oldu. Əvvəlcə onlar öz sistem təminatını təqdim etdilər (əslində bu Androidin update olunmuş versiyası idi). Məsələn həmin sistemin əsas özəlliklərindən biridə tekst mesajların göndərilməsini 3 saniyə yubatmaq idi. Beləcə istifadəçilər mesajların səhv yerə göndərilməsinin qarşısını ala bilirdilər. Bundan əlavə olaraq Smartisan OS-də kontaktların maraqlı şəkildə sıralanması funksiyası var idi. Lakin 1 ildən sonra satışa çıxmış Smartisan T1 smartfonu üçün bu cür yaxşı fikirlər söyləmək çətindir. Smartisan T1 $480 qiymətində idi. Dizayn baxımından isə o iPhone 4-ü xatırladırdı. Texniki parametrlərə gəldikdə o 4 nüvəli Qualcomm Snapdragon 801 prosessoruna, 2 GB-lıq yaddaşa və 13 MP-lik kameraya sahib idi. Smartfonun batareyasının enerji tutumu 2570 mAh idi. Təbii ki, yüksək satışlardan söhbət belə gedə bilməz. Lakin şirkət öz səhvini başa düşərək bu il baha olmayan ($140) yeni smartfon Smartisan U1-i təqdim etdi. Yeni cihazın baha olmaması ilə yanaşı o həmdə normal sistem parametrlərinə malikdir.
 
Şimali Koreya istehsalı Arirang AS1201:
 
İlk Şimali Koreya istehsalı Arirang AS1201 smartfonu uğursuz oldu ona görə yoxki o keyfiyyətsiz idi. Ona görə uğursuz oldu ki, o ümumiyyətlə bazara çıxa bilmədi. Qeyd edək ki, Arirang əslində Koreya xalq mahnısıdır. Smartfonun sensorlu olması ilə yanaşı o Android sistemi ilə çalışır. Bundan başqa onun barəsində heçnə məlum deyil.
 
 
Vaxtı ikən Şimali Koreya prezidenti Kim Çen In özü smartfonu tərifləmişdi. Təbii ki, bu smartfon internet və beynəlxalq əlaqə kimi funksiyaları dəstəkləmirdi. Bundan əlavə olaraq ekspertlər şüphə edirlər ki, bu smartfon Şimali Koreya istehsalıdır. Onların fikrincə bu cihazlar sadəcə olaraq Çindən alınmış Uniscope U1201 smartfonlarıdır.
 
Amazone Fire Phone:
 
2014-cü ilə kimi Amazon öz mobil cihazlarını istehsal edirdi. Onlardan ən məşhuru isə e-kitab Amazon Kindle idi. Texniki cəhətdən Amazon Kindle çox yaxşı cihaz idi və hətda rəsmi şəkildə satılmadığı ölkələrdə belə istifadəçilərin rəğbətini qazanmışdı. Bir neçə vaxtdan sonra Amazon öz smartfonunu istehsal etmək qərarına gəldi. Amazon Fire Phone qrafik interfeys ilə təchiz olunmuşdu. Cihazın künclərində yerləşdirilmiş 4 əlavə kamera istifadəçinin baş hərəkətlərini izləyərək ekranda 3D görüntü illüziyasını yaradırdı. Yəni müxtəlif 3D şəkillərə sağdan və soldan baxdıqda istifadəçidə belə bir hiss yaranırdı ki, o həqiqətən 3 ölçülü obyektə baxır. Cihazın əsas xüsusiyyəti qrafik interfeysin idarə olunması idi. Bu texnologiya jurnalistlərin və adi istifadəçilərin ürəyincə oldu. Lakin cihazın məşhurluğu artıq aşağı endikcə istifadəçilər fikir verdilər ki, cihazın gücü sözügedən dinamik interfeysi işlətməyə gücü çatmır. Əslində isə Amazon Fire Phone-da o vaxt üçün güclü sayılan Qualcomm Snapdragon 800 prosessoru quraşdırılmışdı. Satışların startında isə qiymət çox yuxarı idi ($450). Beləliklə bazarda Amazon Fire Phone böyük uğura imza ata bilmədi.
 
Gördüyünüz kimi hər bir smartfon, ətrafında doğurduğu səs sədaya baxmayaraq uğura imza ata bilmir. Hətda elə hallar baş verir ki, insanlar tərəfindən düşünülmüş inqilabi cihazı heç kim almaq istəmir. Düzgün hesablanmamış güclər, yüksək dərəcədə originallıq, ikinci dərəcəli parametrlərə üstünlük və yüksək qiymət. Bunlar smartfon bazarında uğursuzluğa aparan amillərdən biridir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dənizkənarı parkda selfie çəkdirərkən dənizə düşdü

Gənc qız selfi çəkdirmək istəyərkən dənizə düşüb. Hadisə saat 14:30 radələrində Dən..


Snapdragon 820 çipi rəsmi şəkildə təqdim olunub

Qualcomm şirkəti yeni Snapdragon 820 çipini təqdim etdi. Yeni çip 64-bit olub öz Kryo nüvəsini işləd..


Google Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyalarını artıq d..

Google rəsmi şəkildə bildirdi ki, Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyaları ü..


Pirat Windows-un ən əsas 2 zərəri.

  Windows dünyadaki bütün kompüterlərin 87.75%-də istifadə olunan, hər gün yüzlərlə insa..


Tarixdə bu gün - 26 Oktyabr

26 oktyabr 2012-ci ildə Microsoft Windows 8-in ilk versiyasını ictimaiyyətə təqdim etdi. Windows 7-y..

×