main-post-cover

    Üz mimikalarınıza görə nə hiss etdiyinizi təyin edən tətbiq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Aranızda "Lie to Me” izləyənlər ya da Paul Ekman adını eşitmiş olanlar bilərlər. Bütün insanlarda ortaq olan 6 əsas hiss və bunlarla uyğunlaşan üz ifadələri var. Bunlar xoşbəxtlik, iyrənmə, qorxu, kədər, hirs və təəcüblənməkdir.
    Paul Ekman belə demək olar ki, ömrünü microexpressions-lara xərcləmiş bir alimdir və onun mimikaların, jestlərin bütün detalları ilə başa salındığı kitabları da mövcuddur.
    Təsadüfən rast gəldiyimiz AffdexMe (Android - iOS) adlı bir tətbiqetmədə bu hisslər/mimikalar texnologiya ilə birləşdirilib. Affdexme adlı tətbiqin məlumat bazası, 75 ölkədən 2.9 milyon insandan toplanmış datalardan ibarətdir və sözün əsl mənasında "qaşınız gözünüz oynadıqca” dəyişən hisslərinizi telefonunuzun ekranında göstərir.
    "Bəs bu bizim real həyatda necə işimizə yarayacaq?” deyirsinizsə, deməyin. "Sevgiliniz bir problem yoxdur dedi amma dəqiq bir şey var bu sakitliyin altında” deyəcəyinizə, çevirin telefonu onun üzünə, öyrənin bütün hisslərini.
    Linki kopyala