
Üzərində Donald Trumpın şəklinin yer aldığı qızıl örtüklü iPhone-lar satışa çıxdı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Artıq Donald Trump da iPhone-ların üzərində yer alacaq. Belə bir iPhone-a sahib olmaq üçün sadəcə 3082$ ödəməlisiniz.
Bir
müddət əvvəl firma qızıl örtüklə
örtülmüş və üzərində Vladimir Putinin yer aldığı iPhone-lar satışa çıxarmışdı. İndi isə bu trend Donald Trumpla davam edir. İnsanlar arasında keçirilən səsvermədə
Trumpın üstünlük təşkil etməsi firmanın belə addım atmasına şərait yaradıb. Təbii
ki, burda Trumpın prezident seçilməsi faktorunu da göz ardı etmək olmaz. Belə ki,
firmanın yeni dizaynlı telefonlarının örtüyündə
Donald Trumpın şəkli və "Make
America Great Again” yəni "Amerikanı
yenidən möhtəşəm et” devizi yer alıb.

Ağıllı
telefon istehsalçısı olan Cavier adlı
şirkət Donald Trump iPhone-larını internet üzərindən 3082$-a satışa çıxardı. Firma Donald Trumpın bu modeli istifadə edərsə
sevinəcəyini bildirib.
Linki kopyala
Həftənin xəbərləri

