main-post-cover

    Uzun illərdən sonra "Apple" ilk dəfə özünün təşkil etmədiyi sərgidə iştirak edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər zaman yenilikləri ilə diqqət çəkən və bu yenilikləri sadəcə özü təşkil etdiyi mərasimlərdə tanıdan "Apple", bu dəfə fərqli addım ataraq Barselonada təşkil olunacaq MWC 2017 sərgisində yer alacaq

    Samsung, Sony, LGHTC kimi dünya nəhəngləri MWC (Mobil Dünya Konqresi)IFA (İstehlakçı Elektonikası Sərgisi) kimi məşhur mərasimlərdə hər zaman iştirak ediblər. Amma hər zaman istehlakçıların sevimlisi olan "Apple” bu sərgilərdən hər zaman kənarda qalmağı üstün tuturdu. Bu dəfə isə şirkətin MWC 2017 sərgisində iştirak edəcəyi haqda məlumatlar yayılıb.
    Qeyd edək ki, "Apple" sonuncu dəfə 2000-ci illərdə bir texnologiya sərgisində rəsmən yer almışdı. Bundan sonra heç bir sərgidə yer almayan şirkət bu dəfə MWC 2017-yə qatılmağa razılıq verib.

    Sərgidə Apple hansı məhsullarını tanıdacaq?
    Mobil Dünya Konqresində "Samsung”, Galaxy S8, LG isə G6 kimi Android modellərini tanıdacaq. Verilən məlumatlarda isə "Apple" guşəsində App Planet olaraq adlandırılan sadəcə mobil cihazlar üçün tətbiqlərin sərgilənəcəyini demək mümkündür. Yəni "Apple” hər zamankı ənənəsinə sadiq qalaraq heç bir məhsulunun tanıtımını həyata keçirməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər