
Veb sayt qurarkən hansı qaydalara əməl etməlisiniz
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Zaman keçdikcə insanların veb saytlara olan
ehtiyacı daha da artır. Bu isə inkişaf
edən cəmiyyətimizdə istər şirkət, istərsə də şəxsi sahibkarlıqla məşğul olan
insanlar üçün vacib xarakter daşıyır. Belə olan halda SEO mövzusunda təhsil və
məsləhət xidmətləri artmaqdadır. Bu yazıda veb saytlarınızı axtarış sistemində
tez tapılmasına təsir edən amillər haqda söz açacağıq.
1.Veb saytın kod standartları
Veb saytınıza aid kodların doğruluğuna əmin
olun. Veb saytınızın təməli düzgün qurulubsa, onda sizin saytınızın daha sürətli
və düzgün axtarışı təmin olunacaq. Veb saytınızda yer alan kodların uyğunluğunu
yoxlamaq istəsəniz http://validator.w3.org/saytında yoxlaya bilərsiniz.
2.Hədəf təyin edin
Veb saytınızın axtarış zamanı daha tez
görünməsi üçün açar sözləri düzgün istifadə etməyiniz vacib şərtdir.Buna görə də
mümkün qədər daha çox etiketlərdə çox istifadə olunan axtarış kəlimələrini qeyd
edin. Beləki, sizin kimi başqaları açar söz kimi ən çox istifadə olunan sözləri
qeyd edir, Bu isə sizin şansınızı bir qədər azaldır. Buna görə də alternetiv
variantlar istifadə etməyiniz sizin xeyrinizə olar. Veb sayt analiz edən Google
Analytics, Alexa və s. bu işdə sizə kömək ola bilər. Sizin veb saytınız nə qədər
etiketlənsə sadalanan saytlarda reytinqiniz daha da arta bilər.
3.Səhifə və başlıqları düzgün təyin edib
Saytınıdakı başlıqlar oxşar olmamalı və
düzgün seçilməlidir. Bu istifadəçinin sayta daha çox diqqət yetirməsinə səbəb
olacaq.Səhifə bağlantılarına da diqqət etməlidiniz. Burda ən vacib məqam isə
veb saytına aid səhifələr mövzu ilə uyğunluq təşkil etməlidir.
4-) Keyfiyyətli dinamik mövzu seçimləri
Veb saytın dinamik olması orda paylaşılan
mövzularla düz mütənasiblik təşkil edir. Yəni veb saytınızın məqsədi nədirsə
ona aid xəbər və ya məqalə paylaşmaq daha uğurlu addım hesab oluna bilər. Bu
halda veb sayt idarəçilərinin üzərinə çox ciddi vəzifə düşür.
Linki kopyala
Həftənin xəbərləri

