
Vəfat etmiş babasını Google Street View servisi vasitəsilə tapdı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Tayvanda yaşayan Jia Jia Wu adlı qız, Google Street View servisinin panoram fotosu sayəsində vəfat etmiş dayısını tapıb.

Onun babası 78 yaşında ürək tutması
səbəbilə dünyasını dəyişmişdi. Qız isə öz bacısı ilə fotolardan ibarət albom
hazırlamaq qərarına gəlib. Lakin o fikir verib ki, onun babası ailəvi fotolarda
o qədər də çox əks olunmayıb. Beləliklə Jia öz babasının fotolarını internetdə
axtarmaqğa başlayıb. Qız, Google Street View servisi vasitəsilə yaşadığı şəhərin küçələrini
axtarıb. Sonunda axtarışlar bir nəticə verib. Belə ki, qız öz babasını,
servisin panoram fotoların birində tapıb. Tapılmış fotoda onun babası, tünd
yaşıl köynəkdə, qutuların boşaldan zaman əks olunmuşdu. Jia Jia Wu, bu hekayəni Facebook-dakı qruplardan birində paylaşıb. Bir neçə gün hekayə Facebook-da
10.000-dən çox bəyənmə yığıb. İstifadəçilər qeyd ediblər ki, sözügedən hekayə
onları həqiqətən də kədərləndirib. Fotoda göründüyü kimi qızın babası, tərəvəzlərlə
dolu yeşikləri daşıyır. Qız həmçinin qeyd edib ki, öz həyatının son illərində
onun babası kimsəsiz itləri yedizdirir və onlara qulluq edirdi.


Linki kopyala
Həftənin xəbərləri

