Velosipedinizi 1 dəqiqəyə elektrikli versiyaya çevirəcək cihaz (VİDEO)

Velosipedinizi 1 dəqiqəyə elektrikli versiyaya çevirəcək cihaz (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kickstarter platformasında, adi velosipedi, elektrikli velosipedə çevirən cihaz üün vəsait yığımı kampaniyası keçirilir.

UrbanX adlı cihaz, elektrikli velosiped təkəridir. Bu təkəri, istənilən velosipedin adi təkərinin yerinə quraşdırmaq olar. Cihaz, aviasiya alüminiumundan hazırlanıb və 3500 mAh enerji tutumlu batareya, Bluetooth və digər ötürücülərlə təchiz olunub. UrbanXEco modelinin gücü 240 Vt-dır. Onun maksimal sürəti isə saatda 15 km-dir. UrbanXBooster modeli bir qədər fərqlənir. Belə ki, o, 350 Vt gücünə sahib mühərrik ilə təchiz olunub. Bu modelin sürəti isə saatda 20 km-dir. Hər iki model, tam şarj olunmuş vəziyyətdə 50 km yol qət edə bilir. Bundan əlavə olaraq UrbanX təkərləri, xüsusi mobil tətbiqə qoşularaq qalan enerji faizini, yolu və digər məlumatları təqdim edir. Hər iki təkər modeli bu ilin yay fəslində satışa çıxacaq. UrbanXEco modeli, 299$ qiymətinə, UrbanXBooster modeli isə 399$ qiymətinə satılacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×