main-post-cover

    Verizon, Yahoo-nu 4,8 milyard dollara satın aldı

    Tech-Biznes
    Elm & Texnologiya
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Yenilənmə: Xəbər rəsmi olaraq təsdiqləndi.
    "Verizon"un "Yahoo"nu alması xəbərləri hələ keçən həftədən medianın gündəminə gəlməyə başlamışdı. "technote.az"-ın "techrunch.com" saytına istinadən verdiyi məlumata görə nəhayət "Yahoo"nun idarə heyyəti bu satışı təsdiqləyib. Məlumata görə "Yahoo"nun əsas iş hissələri
    4,8 milyard dollar qarşılığnda "Verizon"a satılıb. İnternet tarixinin ilk simalarından və adlarından biri olan "Yahoo" Silikon Vadisi mərkəzli bir startap olaraq 1994-cü ildə yaradılmışdı. Jerry Yang və David Filo tərəfindən təsis olunan bu şirkət böyük rəqabət şəraitində düz 22 il sonra rəqabəti uduzmuş oldu. "Yahoo", bu illər ərzində 5,7 milyard dollarlıq "Broadcast.com", 3,6 milyard dollarlıq "GeoCities" kimi şirkətləri də tərkibinə qatmışdı. Son günlər "Google"un əsas mütəxəssislərindən olan  Marissa Maye-ni şirkətə gətirən "Yahoo", "Tumblr" ve "MessageMe" kimi satınalmalar ilə şirkətə yeni nəfəs gətirməyə çalışmışdı. (Yahoo-nun bütün satınalmaları ilə buradan tanış ola bilərsiniz)

    "Verizon"un rəqəmsal media gücü daha da artdı.

    "Verizon" əsalində Amerikanın ən böyük kabelsiz telekommunikasiya servis şirkətidir. Bu satınalma ilə birlikdə "Yahoo"nun axtarış, kontent, mobil və reklam departamentlərinin sahibi olan "Verizon", nəticədə rəqəmsal platformalarda gücünü daha artırmış oldu.

    Marissa Mayer 57 milyon dolar təzminat tələb edə bilər. 

    Bu satınalmanın Merissa Mayer adına uğur olaraq tarixə keçəcəyi mübahisəli mövzu olaraq qalır lakin New York Times-ın xəbərinə görə Mayerin "Verizon"a qatılması gözlənilmir və önəmli bir işdən ayrılmaq səbəbilə 57 milyon dollarlıq bir təzminatdan söhbət gedir. Mayerin "Yahoo"dan əldə etdiyi nağd və hissələrin təzminatda daxil toplam dəyəri 218 milyon dollardır. Digər tərəfdən 41 milyard dollarlıq paya sahib olan hissədar "Alibaba"nın səhmləridə özündə qalacaq.

    Bu xəbər rəsmi olaraq ilk öncə "Techrunch"da yayımlandı. yayımlanmasından bir müddət sonra xəbər geri götürüldü. ( Buradan yaddaşda qalan xəbərə baxa bilərsiniz) Lakin xəbər hələ də New York Times-da qalmaqdadır. Hal hazırda isə Yahoo-nin NASTAQ birjasındakı dəyəri 38 milyard dollardır.

    Alma Store-da tələbələr üçün ənənəvi aksiya

     
     
     
     
     

    Linki kopyala